Mübariz Mənsimovun son müsahibəsindən maraqlı açıqlamlar
- "Özüm qərar verməyi sevirəm, ortağı sevmirəm. Sürətli qərar verirəm, oturub mübahisə etməyi xoşlamıram. Haqlı da, haqsızda olsam hesabımı özüm ödəyim. Günahımda, savabımda özümə".
- "Heç bir qərarımdam peşman olmadım. Etdiyim yanlış da, doğru da mənimdir. Peşman olsam nə dəyişəcək ki? Bunu düşünmək boş bir zaman itkisidir".
- "Azəriyəm, Azəri türküyəm, Türkiyəni çox sevirəm. İstər Bakı, istər İstanbul, istər Azərbaycan, istərsə də Türkiyə mənim üçün eynidir. Hörmətli baş nazir "Niyə Türk vətəndaşı olmursan" demişdi, doğru dedim və Türkiyə vətandaşı oldum".
- "Şirkətimdə erməniləri çalışdırmayacağımı söylədim, bəli. Milliyətçimiyəmmi? Bəli. Mən buyam, mənim qorxacaq bir şeyim yoxdur".
- "Düşündüyümü söyləyirəm, çəkinmirəm. Başıma dərd açarsa ən pis ehtimal kapitan ya da hərbçi olaram. 45 yaşındayam, qolum ayağım yerindədir. 5 il hərb həyatı yaşamışam. Gərək olarsa gedər orduya qatılaram".
- "Mənə "ən zəngin" deyirlər. Amma nəyə görə zəngin? İnsanın qəlbnin zəngin olması lazımdır. Cibimdə nə qədər pul olduğunu bilmirəm. Hər şey cənabı Allahındır, birinin cibinə girər, digərinin cibindən çıxar. Önəmli olan qəlbin zənginliyidir. Mənim varlığım işçilərimdir. Bir gün "Palmali" olmasa, komandamla eyni "Palmali"ni 1 ilə təkrar quraram. Dünyanın hər hansı bir yerində qurub, yenidən başlayaram".
- "Mediyaya sərmayə qoyacağım, "Kanal D"ni alacağım qətiyyən doğru deyil. Biz iş adamıyıq, bizim media ilə heç bir bağlantımız yoxdur. Deyəcəksiniz ki, radiolarınız vaz. Fərqindəsinizsə bu belə əyləncəlidir. Xəbərlər belə yoxdur".
- "Yalıkavak Marinayı almağıma Allah rəhmət etsin, çox yaxşı iş adamı olan Hayati Kamhi səbəbkar oldu. Amma çox problemli bir yer idi. Borclar içində. Xeyli saxta sənəd və sairə var idi. Aldığıma bir ara peşman oldum. Təxmin etmədiyim bir xeyli şey çıxdı. Amma nəticədə Bodrum üçün yaxşı nə isə etdik. Haqq-hüquqla da problemlərin demək olar ki, hamısını həll etdik".
mənbə: anspress
0 Komment
Şərh yazın