Qeyri-iş günlərinin yerlərinin dəyişdirilməsi şagirdlərin qış tətil gününə necə təsir edəcək?
Şagirdlər yanvarın neçəsindən dərsə getməlidirlər?
Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Azərbaycanda qeyri-iş günlərinin yerlərinin dəyişdirilməsi orta məktəblərdə şagirdlərin qış tətili günlərinin sayına təsir etməyib. Bunu bazar ertəsi Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı deyib.
O bildirib ki, beşgünlük tədris həftəsi ilə məktəbdə oxuyanlar, eyni zamanda, ibtidai sinif şagirdləri üçün son dərs günü dekabrın 28-də, altı günlük tədris həftəsi ilə oxuyanlar üçün isə dekabrın 29-da olacaq. Məktəblilər üçün qış tətili yanvarın 6-da bitir. Ancaq yanvarın 6-sı bazar gününə təsadüf etdiyindən şagirdlər yanvarın 7-dən dərslərdə iştirak etməlidirlər.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı dekabrın 31-i, yanvarın 1, 2, 3, 4-ü qeyri-iş günləri elan edilib. Yanvarın 5-i və 6-sı şənbə və bazar gününə düşdüyündən, iş günü yanvarın 7-dən başlayacaq.
0 Komment
Şərh yazın