YENİ İLDƏ 7 GÜN QEYRİ İŞ GÜNÜ ELAN OLUNDU

YENİ İLDƏ 7 GÜN QEYRİ İŞ GÜNÜ ELAN OLUNDU

 

Nazirlər Kabinetindən qərarı ilə qeyri-iş günlərinin yerləri dəyişdirildi

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Azərbaycanda qeyri-iş günlərinin yerləri dəyişdirilib. Bu barədə şənbə günü Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

 

 

Nazirlər Kabinetinin qərarı ilə, Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı dekabrın 31, yanvarın 1, 2, 3, 4-ü qeyri-iş günləri elan edilib.

Yanvarın 5-i və 6-sı şənbə və bazar gününə düşdüyündən, iş günü yanvarın 7-dən başlanacaq.

Qərara görə, bunun əvəzində dekabrın 29-u və 30-u iş günü elan edilib.

Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü, yanvarın 1, 2-si Yeni il bayramıdır.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər