Bank hesablarına sərəncamla bağlı Vergi Məcəlləsinə dəyişiklik

Bank hesablarına sərəncamla bağlı Vergi Məcəlləsinə dəyişiklik

Azərbaycanda vergi orqanlarının vergi borcu olan vergi ödəyicilərinin bank hesablarına sərəncam verməsi qaydaları dəyişdirilib.
«APA-Economics»in məlumatına görə, bununla bağlı parlamentin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik qəbul edilib.
Məcəllənin 65.2-ci maddəsinə edilən dəyişikliklərə əsasən, bundan sonra vergi borcu olan vergi ödəyicisinin bank hesabına qoyulan sərəncam borcun (hesablanmış faizlər (dəbbə) daxil olmaqla) yalnız 105%-i qədər ola bilər və yalnız məxaric əməliyyatlarını əhatə edəcək. Sənəddə bildirilir ki, vergi orqanı vergilər, faizlər və ya tətbiq edilən maliyyə sanksiyaları üzrə vergi ödəyicisinin milli və xarici valyutada, cari və ya digər hesablarında borc məbləğinin 105%-i həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında müvəkkil banka və ya digər kredit təşkilatlarına icra sənədi olan sərəncam verir.
 
Qeyd edək ki, hazırda qüvvədə olan qaydaya əsasən, vergi ödəyicisinin hesabına qoyulan sərəncamda məbləğ və ya əməliyyat məhdudiyyəti nəzərdə tutulmayıb.
 
Vergi ödəyicisi bununla bağlı bildirişin alındığı tarixdən 30 təqvim günü ərzində məhkəməyə müraciət edə biləcək. Bu müraciət olduğu halda müvəkkil bank sərəncamı məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən icra edəcək.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər