"Qiyamət günü"ndə vergi ödəyiciləri və işçilərə .... ŞAD XƏBƏR

"Qiyamət günü"ndə vergi ödəyiciləri və işçilərə .... ŞAD XƏBƏR

Milli Məclis gəlir vergisi ilə bağlı vergi ödəyiciləri və işçilərin xeyrinə qərar qəbul etdi

Milli Məclis bu gün plenar iclasında Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsini qəbul edib.
Trend-in məlumatına görə, parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə iclasda çıxışında deyib ki, ümumilikdə bu dəyişikliklər vergi sisteminin təkmilləşdirilməsinə, vergi yükünün azaldılmasına, vergi mədəniyyətinin yüksəldilməsinə istiqamətlənib.
Vergi qanunvericiliyinə dəyişikliklər gəlir vergisinin maksimum dərəcəsinin 30-dan 25 faizədək azaldılmasını və 2008-ci ildən qüvvədə olan aylıq vergi qoyma gəlirlərinin maksimum plankasının 2000 manatdan 2500 manatadək artırılmasını nəzərdə turur. 14 faiz dərəcəsi ilə vergi tutulacaq illik gəlirin plankası indiki 24 min manatdan 30 min manatadək artırılacaq. Gəlir vergisi üzrə güzəştlər hissəsində də müəyyən dəyişikliklər gözlənilir.

Səmədzadənin sözlərinə görə, bu dəyişikliklər nəticəsində fiziki şəxslər üçün vergi güzəştlərinin illik həcmi 50 milyon manatı ötəcək. Qanun layihəsi, həmçinin informasiya texnologiyaları və sənaye sahələrində Azərbaycanda tikilməsi planlaşdırılan texnoloji parkların gəlir, torpaq və əmlak vergilərindən azad edilməsini nəzərdə tutur.
"Həmçinin, təhsil müəssisələrinin ödənişli xidmətlərinin ƏDV-dən (Azərbaycanda vergi dərəcəsi 18 faiz təşkil edir) azad edilməsi planlaşdırılır. Bu təklif ölkədə təhsil sahəsinin inkişafına, təhsil sistemi işçilərinin əməkhaqlarının artırılmasına müsbət təsir edəcək", - Səmədzadə qeyd edib.
Məcəllə 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər