Milli Məclis rüsumların artırılmasını təsdiq etdi

Milli Məclis rüsumların artırılmasını təsdiq etdi

Milli Məclis bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna edilən əlavə və dəyişiklikləri qəbul edib.

Trend-in məlumatına görə, əlavə və dəyişikliklərdə Azərbaycanda nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə dövlət rüsumları, eləcə də sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün bəzi rüsumlar artırılıb.

Həmçinin əlavə və dəyişikliyə görə, Azərbaycanda avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanlarının verilməsi üçün tələb olunan rüsumun məbləği, notariat hərəkətlərinin aparılmasına görə rüsumun məbləği, məhkəməyə verilən ərizələrin dövlət rüsumu, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri, konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri artırılıb.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər