Azərbaycan Milli Məclisi yeni rayonunun yaradılması haqqında qanun qəbul edib
Milli Məclisin bu gün keçirilən iclasında Bakı şəhər inzibati ərazi vahidinin tərkibində Pirallahı rayonunun yaradılması haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, layihəyə əsasən, Xəzər rayonunun ərazisində inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilərək yeni Pirallahı rayonunun yaradılması və Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil edilməsini nəzərdə tutulur.
Yeni yaradılan rayonun inzibati ərazi bölgüsünə Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri daxildir.
Parlamentdə həmçinin Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi barədə məsələ də müzakirə olunub. Bununla da, Gəncə şəhərinin ərazisi 2694 hektar genişləndirilərək 12,5 min hektara çatdırıb.
Qanun layihələri səsə qoyularaq qəbul edilib.
0 Komment
Şərh yazın