İpota kreditində sığorta məbləğinin hesablanmasının misalla izahı
Banklar adətən Sizin bank qarşısında olan borcunuza bərabər məbləğdə mənzilinizi sığortalamağınızı tələb edirlər. Bundan başqa, onlar sığorta müqaviləsində (polisində) faydagötürən kimi (sığorta şirkətindən pulu alan) Bankın göstərilməsini tələb edirlər. Mənzilinizi sığortalamağınız üçün, Siz sığorta şirkəti ilə sığorta müqaviləsi (polis) bağlamalısız və sığorta haqqı adlanan məbləği sığorta şirkətinə ödəməlisiz. Sizin sığorta şirkətinə ödəyəcəyiniz məbləğ – sığorta haqqı, sığorta təminatının həcmindən (yəni əgər mənzillə bağlı hadisə baş verərsə, sığorta şirkətinin ödəyəcəyi məbləğ) asılıdır.
Misal:
Siz 40,0 min manat məbləğində kredit götürmüsüz. Sığorta müqaviləsi bağlamısız və 0,25% məbləğində sığorta haqqı ödəmisiz. Sığorta haqqı 100,0 manata bərabərdir.
Bir ildən sonra sizin borcunuz Bank qarşısında 39 868,0 manatadək azalmışdır. Siz Bankla müqavilənizə əsasən sığorta müqaviləsinin müddətini uzatmalı və 99,67 manat məbləğində yeni sığorta haqqı ödəməlisiz (39 868 * 0.25%). Müqavilənin uzadılması və sığorta haqqı Sizin tərəfinizdən hər il məcburi qaydada həyata keçirilməlidir. Bu zaman, 10-cu il Siz 92,52 manat məbləğində, 25-ci il (sizin kreditinizin son ili) isə 14,97 manat məbləğində sığorta haqqı ödəyəcəksiniz.
0 Komment
Şərh yazın