İpoteka kreditinin aylıq ödənişlərinin hesablanmasının misalla izahı

İpoteka kreditinin aylıq ödənişlərinin hesablanmasının misalla izahı

İpoteka krediti üzrə ödənişlər Sizin hər ay Banka ödəməli olduğunuz ödənişlərdir. Bu ödənişlər kredit üzrə faiz dənişlərindən, həmçinin Bankın Sizə borc verdiyi məbləğin, başqa sözlə əsas borcun (ƏB) bir hissəsindən ibarətdir. Beləliklə Siz hər ay iki hissədən faiz (F) və əsas borcun bir hissəsindən (ƏBH) ibarət ödənişlər həyata keçirəcəksiniz (Bir sıra banklarda müxtəlif komissiyon haqlarının (məsələn: ssuda hesabına xidmətlə bağlı komissiya) ödənilməsi də nəzərdə tutulur):
 
Aylıq ödəniş = F + ƏBH
 
Azərbaycan banklarında ipoteka krediti üzrə aylıq ödənişlər ya aylıq annuitet, ya da əsas borcun bərabər hissələrlə bağlanması yolu ilə həyata keçirilir. Annuitet ödəniş ipoteka krediti üzrə elə ödəniş formasıdır ki, bu zaman aylıq ödənişin məbləği bütöv kredit müddəti ərzində dəyişilmədən, sabit qalır

Misal:

Siz 25 il müddətinə illik 10%-lə 40,0 min manat məbləğində ipoteka krediti götürmüsünüz. Birinci ay Siz 363,48 manat ödəyəcəksiniz ki, bunun da 30,15 manatı əsas borcun bir hissəsinin, 333,33 manatı isə faiz borcunun bağlanmasına yönəldiləcəkdir. İkinci ay Siz yenə eyni məbləği (363,48 manat) ödəyəcəksiniz, ancaq bu dəfə əsas borcun bir hissəsinin bağlanmasına 30,40manat, faiz borcunun bağlanmasına isə 333,08 manat yönəldiləcəkdir. Kredit alınmasından 300 ay
sonra (25 il sonra) Siz yenə 363,48 manat ödəməli olacaqsınız, ancaq bu halda Sizin aylıq ödənişinizin 360,83 manatı əsas borcun, cəmi 2,65 manatı isə faiz borcunun bağlanmasına yönələcəkdir. Kreditin alınmasından 301 ay sonra Siz artıq
kredit üzrə ödəniş etməyəcəksiniz, çünki bu müddət ərzində Sizin Bank qarşısında borcunuz tam bağlanmış olacaqdır.
 
Əsas borcun bərabər hissələrlə bağlanması yolu ilə ödəniş ipoteka krediti üzrə elə ödəniş formasıdır ki, bu zaman aylıq ödənişin həcmi getdikcə azalacaqdır, lakin əsas borc üzrə ödəniş dəyişmədən qalacaqdır.
 
Misal:
 
Yuxarıdakı misalda olduğu kimi, Siz 25 il müddətinə illik 16%-lə 40,0 min manat məbləğində ipoteka krediti götürmüsünüz. Əgər kredit üzrə ödənişlər əsas borcun bərabər hissələrlə bağlanması yolu ilə həyata keçirilirsə, onda birinci ay Siz 664,89
manat ödəyəcəksiniz ki, bunun da 133,33 manatı əsas borcun bir hissəsinin (ƏBH), 531,56 manatı isə faiz borcunun (F) bağlanmasına yönəldiləcəkdir. İkinci ay Siz 663,11 manat ödəyəcəksiniz, ancaq bu dəfə əsas borcun bir hissəsinin (ƏBH) bağlanmasına 133,33 manat (bu məbləğ kreditin son ödəniş müddətinədək dəyişməyəcəkdir), faiz borcunun (F) bağlanmasına isə 529,78 manat yönəldiləcəkdir.Kredit müddətinin son ödəniş ayında Siz 135,11 manat ödəyəcəksiniz, ancaq bu zaman 133,33 manatı əsas borcun bir hissəsinin (ƏBH), cəmi 1,78 manat isə faiz borcunun (F) ödənilməsinə yönəldiləcəkdir. Kreditin alınmasından 301 ay sonra Siz artıq kredit üzrə ödəniş etməyəcəksiniz, çünki bu müddət ərzində Sizin Bank qarşısında borcunuz tam bağlanmış olacaqdır.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər