Əmək stajına görə verilən əlavə məzuniyyət günləri barədə CİDDİ MƏQAMLAR
"Əmək Münasibətləri: A-dan Z-yə" kitabından seçmə
Əmək Məcəlləsində digər hal kimi əlavə məzuniyyət günləri əmək stajına görə verilir. Bu halda əmək stajına uyğun olaraq əsas məzuniyyətə əlavə məzuniyyət günləri verilir və bu aşağıdakı kimi tənzimlənir:
əmək stajından asılı olaraq işçilərə:
- Beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü;
- On ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü;
- On beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində
əlavə məzuniyyət verilir.
Əmək Məcəlləsində əvvəllər əmək stajına görə əlavələr işçinin bir müəssisədə çalşdığı illərə görə edilirdi. Məsələn, işçi bir müəssisədə 5 il işləməliydi ki, ona 2 gün əlavə məzuniyyət verilə bilsin. Təbii ki, bu düzgün addım deyildi. Bir neçə il əvvəl Məcəllədə dəyişiklik olundu. Artıq əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin ümumiyyətlə, işəgötürənlə əmək müqaviləsi bağlayıb faktiki işlədiyi dövrə əsasən müəyyən edilir. Əmək stajını işçinin əmək kitabçasına əsasən müəyyənləşdirmək olar.
0 Komment
Şərh yazın