Dollar və problemli manat kredit olan Mühasib və HR-lər üçün ASAN ÜSLUBDA İZAH

Dollar və problemli manat kredit olan Mühasib və HR-lər üçün ASAN ÜSLUBDA İZAH

Mks.az saytının eksperti Qalib Toğrulun təqdimatında

Sadə və aydın olması üçün Fərmanda nəzərdə tutulanları bənd-bənd nəzərdən keçirək.

1. Kompensasiyalar 1 yanvar 2012-ci ildən 28 fevral 2019-cu ilə kimi bağlanmış kredit müqavilələri üzrə devalvasiya tarixlərinə maksimum 10 min dollaradək ödəniş müddəti keçmiş əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə tətbiq ediləcək. Bu nə deməkdir? 
Misallara baxaq ki, fikrimiz aydın olsun. Tutaq ki, fiziki şəxs 1 yanvar 2012-ci ildə 50 min dollarlıq kredit götürüb və onu hissə-hissə ödəyib, 21 fevral 2015-ci il tarixinə kreditin əsas məbləğinin qalığı 9 900 dollar olub. Bu halda həmin kredit müqaviləsi üzrə kreditin əsas məbləği fərmanın əhatə dairəsinə daxildir. Fərman 50 min dollarlıq kreditin 9 900 dollarlıq əsas məbləğinə şamil olunacaq. Daha aydın olması üçün ikinci bir misala baxaq. Tutaq ki, 15 mart 2014-cü ildə fiziki şəxs 15 min dollarlıq kredit götürüb, 21 fevral 2015-ci il tarixinə kreditin əsas məbləği üzrə borc 10 100 dollardır. Bu halda həmin kredit müqaviləsinə fərmanın nəzərdə tutduğu kompensasiyalar şamil edilməyəcək. Çünki fərmanda söhbət kredit müqavilələrinin dəyərindən deyil, qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarından gedir.

2. Kompensasiyanın verilməsi üçün, ilk növbədə 10 min dollaradək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndiriləcək

- 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi.

Misal. Tutaq ki, fiziki şəxslə 1 mart 2014-cü ildə bağlanmış 20 min dollarlıq kredit müqaviləsi üzrə əsas kredit borcunun qalıq məbləği 21 fevral 2015-ci il tarixinə 5 min dollar təşkil edib. Bu zaman həmin 5 min dollara görə 750 dollar (5 000 x 0.15) kompensasiya hesablanacaq.

- 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi.

Misal. Tutaq ki, fiziki şəxslə 24 fevral 2015-ci ildə bağlanmış 13 min dollarlıq kredit müqaviləsi üzrə əsas kredit borcunun qalıq məbləği 21 dekabr 2015-ci il tarixinə 9 min dollar təşkil edib. Bu zaman həmin 9 min dollara görə 3 150 dollar (9 000 x 0.35) kompensasiya hesablanacaq.

- 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

Bu halda göstərilən tarixlərə əsas kredit borcunun qalıq məbləğinə kompensasiyalar yuxarıdakı misallarda verilən qaydada ayrıca hesablanaraq cəmlənəcək. Ola bilər ki, fiziki şəxs iki haldan birinə uyğun gəlsin. Misal. Ola bilər ki, hansısa fiziki şəxsin əsas kredit məbləği 21 fevral 2015-ci il tarixinə 10 300 dollar olsun, ancaq 21 dekabr 2015-ci il tarixinə, 9 min dollar olsun. Bu halda birinci kompensasiya halı (1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları)) həmin fiziki şəxsə şamil olunmayacaq, lakin 3-cü halı əsas götürərək (2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi) 2015-ci il dekabrın 21-nə həmin fiziki şəxsin əsas kredit məbləğinə (0,6 manat (0,35 ABŞ dolları) kompensasiya tətbiq olunacaq.

3. Burda digər mühüm bir məsələ yuxarıda sadalanan tarixlərdə mövcud olmuş xarici valyutada əsas kredit borclarının məbləğinin müəyyənləşdirlməsi məsələsidir. Hesab edirəm ki, heç bir bankdan ayrı-ayrılıqda məlumatlar alınmayacaq. Kompensasiyaların verilməsi üçün məlumatlar Mərkəzləşdirilmiş Kredit Reyestrindən əldə olunacaq. Bu, nə üçün vacibdir? Ola bilər ki, bir fiziki şəxsin bir neçə bankda problemli dollar krediti olsun. Bu zaman Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumatları əsasında fərmanda qeyd olunan tarixlərə əsas kredit borclarının məbləğləri cəmlənəcək. Əgər cəmi məbləğ 10 min dollardan yuxarı olarsa, həmin fiziki şəxsə kompensasiya verilməyəcək.

Qeyd edək ki, kompensasiyalar maksimum 3 ay müddətində ödəniləcək.

4. Əgər fərmanın əhatə etdiyi kreditlərin bir hissəsi və ya tamamı krediti götürən fiziki şəxs tərəfindən ödənilmişsə, bu zaman kompensasiyanın ödənilməsi mexanizmi necə olacaq?

Prezidentin məlum fərmanına görə, ilk növbədə son iki devalvasiyadan zərər görmüş bankların ziyanı ödəniləcək. Fərmanda nəzərdə tutulur ki, kompensasiyalar fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldiləcək, yerdə qalan məbləğ isə həmin fiziki şəxslərə veriləcək. Ancaq bir fiziki şəxsə ödəniləcək kompensasiyanın ümumi məbləği 5 000 (beş min) ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.

5. Unutmayın ki, fərmanda qoyulan şərtlərə uyğun gələn problemli kreditlərin bütün əsas məbləği dövlət tərəfindən banklara ödənilmir, yalnız son iki devalvasiya nəticəsində manatla artan hissəsi kompensasiya edilir. Və kompensasiya yalnız fiziki şəxslərə (sahibkarlara deyil!) və yalnız yuxarıda sadaladığım şərtlər daxilində xarici valyuta ilə olan kredirlərə tətbiq ediləcək.

6. Dövlət ödəniş müddəti keçmiş 10 min dollaradək kreditin devalvasiyalar nəticəsində artan hissəsini ödədikdən sonra yerdə qalan məbləğin və 17 min manatadək milli valyutada olan problemli kreditlərin taleyilə bağlı da tədbirlər planlaşdırıb. Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının daha əlverişli şərtlər çərçivəsində ödənilməsi məqsədilə onlara banklar tərəfindən imkan yaradılacaq. Bu zaman illik faiz dərəcəsi 1 faiz, müddət isə 5 il müəyyənləşdiriləcək.

7. Ən vacib məsələlərdən biri də faizlərdir. Fərmanda banklara tapşırılır ki, faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi məsələsidir. Bu məsələ ilə bağlı 2 qrup tədbirlər nəzərdə tutulub. Banklara tapşılıb ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər.
Fərmandan belə anlaşılır ki, kompensasiya tətbiq olunan kredit məbləğlərinin fazilərinə münasibətdə fərqli yanaşma olacaq.
Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bankı ilə birlikdə fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini hazırlamaqla yanaşı, həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri də müəyyən edəcək. Hər iki məsələ 15 gün müddətində dəqiqləşəcək.

"KARGÜZARLIQ A:dan Z-yə" kitabı satışda

Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.

Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.

Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.

Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, [email protected]

 Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

1 Komment

  1. Hamid Xalilov 01 Mart 2019

    Qalib bey.salam. kreditin tarixi dekabr 2014 mebleg 14000$. 28.02.2019 tarixe borc qaligi 8000 $. Bu halda guzeshtler tetbiq olunurmu

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər