Vergi Məcəlləsinə dəyişikliklər Milli Məclisdə müzakirə olunur
ƏDV-lə bağlı bizi hansı dəyişiklik gözləyir?
Azərbaycanın ali təhsil müəssisələrinin əlavə dəyər vergisindən azad olunması ilə bağlı məsələ Milli Məclisdə müzakirə olunur. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov cümə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ali məktəblər üçün ƏDV-nin tətbiq edilməməsi yaxşı olar.
"Mən də arzu edirəm ki, belə bir qanun qəbul olunsun. Bu, ali təhsil müəssisələrinin əlavə imkanlarını daha da artırar", - Mərdanov deyib.
Nazir bu yeniliyin özəl universitetlərə şamil olunub-olunmayacağının layihənin hazırlanmasında iştirak edənlər tərəfindən müəyyənləşdiriləcəyini qeyd edib.
0 Komment
Şərh yazın