İpoteka krediti alarkən müştərinin keçdiyi mərhələlər haqqında məlumat

İpoteka krediti alarkən müştərinin keçdiyi mərhələlər haqqında məlumat

İpoteka kreditinin alınması zamanı borcalan aşağıdakı mərhələri keçir:

- Şəxsi imkanların qiymətləndirilməsi - İpoteka kreditini almaq istəyən vətəndaş öz ödəniş imkanlarını və alınacaq kreditin təminatlılığını qiymətləndirir.

- İpoteka kreditinin alınması üçün Banka müraciət - Öz ödəniş qabiliyyətini müəyyən etmiş vətəndaş ipoteka krediti almaq üçün Banka müraciət etməli və ilkin qiymətləndirmədən keçməlidir. Məlumatlar bank tərəfindən qənaətbəxş hesab edildikdə potensial borcalana tələb olunan sənədlərin siyahısı təqdim edilir.
 
- İpoteka predmetinin (girovun) qiymətləndirilməsi - İpotekaya qoyulacaq yaşayış və ya torpaq sahəsi bankın mütəxəssisləri və ya müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilir.
 
- İpoteka kreditinin qiymətləndirilməsi - Təqdim olunan sənədlər əsasında bankda vətəndaşın ipoteka kreditini qaytarmaq qabiliyyəti, ipoteka kreditinin təminatlılığı qiymətləndirilir. Nəticədə bank tərəfindən ipoteka kreditinin
verilib-verilməməsinə dair qərar qəbul edilir və vətəndaşa bildirilir. 
 
- İpoteka kreditinin rəsmiləşdirilməsi - İpoteka kreditinin verilməsinə dair son qərar qəbul edildikdən sonra bankla borcalan arasında kredit müqaviləsi imzalanır. Kredit müqaviləsinə əsasən borcalan tərəfindən ilkin ödəniş həyata keçirilir və bank tərəfindən kreditin məbləği müvafiq hesaba köçürülür.
- Yaşayış sahəsinin alqı-satqısı və ipotekası müqaviləsinin (Qarışıq müqavilə) bağlanması və satıcı ilə hesablaşma - Yaşayış sahəsinin alıcısı (borcalan) ilə satıcısı bankın nümayəndəsi ilə birlikdə yaşayış sahəsinin alqı-satqısı və ipotekası müqaviləsinin bağlanması üçün Dövlət Notariat Kontoruna müraciət edir və lazımi sənədləri təqdim edirlər. Notariat Kontoru borcalan və bank tərəfindən yaşayış sahəsinin dəyərinin Dövlət Notariat Kontorunun depozit hesabına mədaxil edilməsi üçün müraciət təqdim edir. Borcalanın yaşayış sahəsinin satıcısı ilə hesablaşması üçün hesabda cəmlənmiş vəsait Dövlət Notariat Kontorunun depozit hesabına nağd şəkildə ödənilir və ya nağdsız şəkildə köçürülür. Qarışıq müqavilə qanunvericiliyə uyğun olaraq notarial qaydada təsdiq edilir.
 
- Qarışıq müqavilənin qeydiyyatı - Bağlanmış qarışıq müqavilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə (DƏDRX) təqdim olunur. DƏDRX alıcının mülkiyyət hüququnu, bankın ipoteka saxlayan qismində hüquqlarını dövlət qeydiyyatına alır.
 
- İpoteka predmetinin sığortalanması - İpoteka predmetinin sığortalanması həyata keçirilir və sığorta müqaviləsi və sığorta ödənişini təsdiq edən sənəd banka təqdim edilir.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər