Təyyarə biletlərininə İKİQAT ENDİRİM...

Təyyarə biletlərininə İKİQAT ENDİRİM...

 21 dekabr panikası hava nəqliyyatı sektoruna da ziyan vurub. Hava yolu şirkətlərinin kampaniya biletləri də (50-60 faiz endirimli qiymətlərlə) satılmayıb. Türkiyənin “Milliyet” qəzetinin xəbərinə görə, 21 dekabr cümə gününə təsadüf etsə də, İstanbul-Antalya, İstanbul-İzmir və İstanbul-Ankara uçuşlarına 39 lirə (19 manat) ilə 69 lirə (35 manat) arasında bilet tapmaq mümkündür.

Türkiyə Özəl Sektor Havaçılıq İşləmləri Dərnəyinin rəhbəri Murad Ərsoy deyib ki, müştərilər biletləri bir gün öncəsinə və sonrasına alırlar: “21 dekabrda aviaşirkətlər təyyarələri doldurmaq üçün qiymətlərini ikiqat endiriblər.  Təkcə Türkiyədə yox, dünyadakı aviaşirkətlərdə də eyni sıxıntı yaşanır. Amerika və Avropada bir çox uçuşun boş kreslolarla gerçəkləşəcəyi təxmin edilir. 21 dekabrda səyahət etməli olan iş adamları, habelə sıravi işçilər öz şirkətlərindən biletlərini bir gün sonraya almalarını tələb edir. Bu məsələdə şirkətlər də işçilərinə münasibətdə həssaslıq göstərir. Amma bu, biletin ləğvi yox, uçuş vaxtının dəyişdirilməsi olaraq baş tutur”. 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər