Sənədi olmayan yeni tikilini ipoteka krediti vasitəsiylə almağın yolu...
İpoteka Fondunun rəsmi cavabı
Sual. İpoteka krediti alarkən hər hansı növ girov saxlanılmalıdırmı?
Cavab. Alınan ipoteka kreditinin mütləq olaraq mülkiyyət hüququ rəsmiləşdirilmiş fərdi yaşayış evi və ya çoxmənzilli yaşayış evində ayrıca mənzilin girovu ilə təmin edilməsi zəruridir.
Belə ki, əgər alınan mənzilin mülkiyyət hüququnu təsdiqləyən sənəd varsa elə həmin mənzil girov saxlanılır, lakin əgər alınan mənzil yeni tikilidirsə və onun mülkiyyət hüququnu təsdiqləyən sənəd mövcud deyilsə, bu halda alınan mənzilin mülkiyyət hüququnu təsdiqləyən sənəd hazır olanadək digər bir mənzil girov saxlanılır. Sənəd hazır olandan sonra girovda saxlanan mənzil girovdan azad olur, alınan mənzil isə ipoteka krediti tam ödənilənədək girov saxlanılır.
Mənbə: İpoteka Fondu
0 Komment
Şərh yazın