Vergi Məcəlləsinə sadələşdirilmiş vergi ilə bağlı CİDDİ DƏYİŞİKLİK

Vergi Məcəlləsinə sadələşdirilmiş vergi ilə bağlı CİDDİ DƏYİŞİKLİK

Hüquqi və fiziki şəxslər üçün illik dövriyyə nə qədər olacaq?

Azərbaycanda sadələşdirilmiş vergiyə cəlb olunan sahibkarlıq subyektlərinin əhatə dairəsi dəyişəcək. «APA-Economics»in məlumatına görə, bu, parlamentdə müzakirə olunan Vergilər Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulub.  Dəyişikliklərə əsasən, sadələşdirilmiş vergiyə cəlb olunan dövriyyə ilə bağlı hüquqi və fiziki şəxslər üçün nəzərdə tutulan fərqlər aradan qaldırılacaq. Belə ki, indiyədək illik dövriyyəsi 150 min manat olan hüquqi şəxslər və illik dövriyyəsi 90 min manat olan fiziki şəxslər sadələşdirilmiş vergiyə cəlb olunurdu. Vergilər Məcəlləsinə təklif olunan dəyişikliklərdə isə bu məbləğ hüquqi şəxslər və fiziki şəxslər üçün eyni həddə – 120 min manat nəzərdə tutulub.

Qeyd edək ki, sadələşdirilmiş verginin dərəcəsi Bakı şəhəri üzrə dövriyyənin 4%-ni, bölgələrdə isə 2%-ni təşkil edir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər