Elm haqqında qanun layihəsi parlamentə gəlir
Layihənin Milli Məclisin gündəliyinə çıxarılacağı gün açıqlandı
Elm haqqında qanun layihəsi dekabrın 28-də Milli Məclisin gündəliyinə çıxarılacaq. Lent.az-ın məlumatına görə, bunu parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.
Şəmsəddin Hacıyev bildirib ki, öncə qanun layihəsi Milli Məclisin komitəsində müzakirə olunacaq. Onun sözlərinə görə, daha sonra qanun layihəsi Milli Məclisin gündəliyinə çıxarılacaq: “Artıq bir il yarımdır ki, bu qanun layihəsi üzərində iş aparılır. Qanun layihəsi beynəlxalq normalara uyğun olaraq hazırlanır. Burada elm, təhsil haqqında bir sıra yeniliklər qeyd olunub. Hazırda qəbul etdiyimiz “Təhsil haqqında” qanun da uğurla icra olunur. Biz elə bilirdik ki, “Elm haqqında” qanun sözügedən qanundan daha tez qəbul olunacaq. Amma biz bunun əksini gördük. Çünki bu qanunun hazırlanması daha çətin və mürəkkəb proseslərdən keçib”.
0 Komment
Şərh yazın