Əmək müqaviləsini yoxlamaq hüquqi vergi orqanlarının əməkdaşlarının səlahiyyətərinə aiddir?

Əmək müqaviləsini yoxlamaq hüquqi vergi orqanlarının əməkdaşlarının səlahiyyətərinə aiddir?

Vergilər Nazirliyinin məlumatına görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) bağlamadan işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarətinin əhatə etdiyi sahələrdən biridir. (Vergi Məcəlləsi, maddə 50.1.7). Göründüyü kimi, vergi orqanlarının əməkdaşlarının əmək müqavlələrinin yoxlanılmasına hüququ vardır.

Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (Vergi Məcəlləsi, maddə 58.10).

3 Komment

  1. Xəyal 18 Fevral 2021

    Salam men emek müqavilemin olub olmadığını bilmek isderdim cox xayiş edrem mene bu barede melumat vererdiz

  2. Xəyal 18 Fevral 2021

    Salam men emek müqavilemin olub olmadığını bilmek isderdim cox xayiş edrem mene bu barede melumat vererdiz

  3. Tacəddin 10 Aprel 2022

    Əmək kitabçasını yoxlamaq

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər