Vergilər Nazirliyindən daha bir YENİLİK

Vergilər Nazirliyindən daha bir YENİLİK

Elektron qaimə-fakturanın tətbiqinin əsas üstünlüyü nədir?

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanına əsasən modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması sahəsində görülən işlərin davamı olaraq əhaliyə elektron xidmətlərin göstərilməsi məqsədi ilə elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları və bunların təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərar layihəsi hazırlanmışdır.

Elektron qaimə-fakturanın tətbiqinin əsas üstünlüyü onun Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet saytının İnternet Vergi İdarəsində yaradılmış elektron qaimə-faktura  sistemində hazırlanmasından ibarətdir.

Belə ki, layihəyə əsasən elektron qaimə-fakturalara seriya və nömrələrin Azərbaycan Respublikası Vergilər Nazirliyində tətbiq edilən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə avtomatik verilməsi eyni seriya və nömrənin təkrarlanmasının qarşısını alır və ümumiyyətlə elektron qaimə-fakturaların uçotunun aparılmasını asanlaşdırır.

Elektron qaimə-fakturanın tətbiqinin digər bir üstünlüyü isə qaimə-fakturaların mətbəələrdə sifariş edilməsi və hazırlanması ilə əlaqədar olaraq mətbəə xərclərinin və vaxt itkisinin azaldılmasından ibarətdir.

Beləliklə, qeyd olunan layihənin tətbiqi nəticəsində Siz heç bir mətbəəyə müraciət etmədən, əlavə vaxt itkisinə yol vermədən, birbaşa internet vasitəsilə real vaxt rejimində elektron qaimə-fakturanı hazırlayıb malın (işin, xidmətin) alıcısına təqdim edə bilərsiniz.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər