Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşmaya görə cərimə və ballar haqqında məlumat
İnzibati Xətalar Məcəlləsindən çıxarış
Maddə 151-1. Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma
151-1.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - otuz manat miqdarında cərimə edilir.
151-1.2. Yolda müəyyən edilmiş hərəkət sürətini 20-40 km/saat həddində aşmağa görə - əlli manat miqdarında cərimə və 2 balla qiymətləndirilir.
151-1.3. Yolda müəyyən edilmiş hərəkət sürətini 40-60 km/saat həddində aşmağa görə - yüz əlli manat miqdarında cərimə və 3 balla qiymətləndirilir.
151-1.4. Yolda müəyyən edilmiş hərəkət sürətini 60 km/saat həddindən artıq aşmağa görə - iki yüz əlli manat miqdarında cərimə və 4 balla qiymətləndirilir.
0 Komment
Şərh yazın