Vakansiya! DemirBank-dan iş elanı

Vakansiya! DemirBank-dan iş elanı

Təmir və tikinti sahəsində bilik olmalıdır.

Vəzifə: Tikinti və təsərrüfat şöbəsində mühəndis
İşəgötürən: Demir Bank  

Vəzifə öhdəlikləri:

- Bank üzrə bütün təmir və tikinti işlərinə nəzarət;
- İşlərin keyfiyyətinə nəzarət;
- Tender sənədlərinin hazırlanmasında iştirak etmək;
- Müqavilə, layihə və smeta sənədlərini tərtib etmək.

Namizədə qarşı tələblər:

- Təmir və tikinti sahəsində biliyin olması;
- Müvafiq sahədə iş təcrübəsinin 5 ildən artıq olması;
- Kompüter bacarıqlarının olması (Autocad, Ofis proqramları);
- Stress altında işləmək bacarığının olması;
- Paralel olaraq müxtəlif işləri görmək qabiliyyətinin olması.


Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 mart 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Tikinti və təsərrüfat şöbəsində mühəndis” göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Mənbə jobsearch.az

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın