Vakansiya! İnsan resursları üzrə mütəxəssis işləmək imkanı

Əmək haqqı 1000-1200 AZN
Vəzifə İNSAN RESURSLARI MÜTƏXƏSSİSİ – Bölgə üçün
İşəgötürən Azərsun Holdinq
Azərsun Holdinq İNSAN RESURSLARI MÜTƏXƏSSİSİ vakansiyası üzrə aşağıdakı xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır:
İş haqqında məlumat:
Əmək qanunvericiliyinə, şirkət nizamnaməsi və təlimatlara uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
Əmək kitabçalarının əmrlər əsasında doldurulması;
Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışların verilməsi, əmək kitabçalarını qorunması, kadrlar üzrə təyin olunmuş sənədlərin icra edilməsi, eləcə də işçilərin mükafatlandırılması üçün materialların hazırlanması;
İşçilərin şəxsi işlərinin aparılması, formalaşdırılması;
Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi;
Kadrlar üzrə cari və perspektiv planların işləyib hazırlanması.
İş yeri bölgədəki müəssisəmizdədir.
ƏMƏK HAQQI: 1000-1200 AZN
Namizədə tələblər:
Menecment, iqtisadiyyat və digər sahələrdə ali təhsil;
İnsan Resursları sahəsində ən az 3 il iş təcrübəsi olan peşəkar axtarılır;
AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
Kadrlara aid olan normativ, metodik və digər rəhbər materialları bilməli;
Kadrlar şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini bilməli;
Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını bacarmalı;
Kadrların hərəkətlərinin uçot metodlarını bilməli;
MS Office proqramlarını, xüsusən Excel və Word, yüksək səviyyədə bilməli.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini
[email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“İNSAN RESURSLARI MÜTƏXƏSSİSİ – Bölgə üçün”) qeyd olunmalıdır.
Mənbə azerjobs.com
“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar
Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir.
Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik.
0 Komment
Şərh yazın