Vakansiya!Aparıcı mühasib işləmək imkanı

Vakansiya!Aparıcı mühasib işləmək imkanı

Sumqayıtda çalışmaq istəyənlər üçün
 
Vəzifə: Aparıcı mühasib
İşə götürən: Azertexnolayn MMC
İş yeri: Sumqayıt/Azərbaycan
 
“Azərtexnolayn” MMC-nin əsas fəaliyyəti Spiral Qaynaqlı Polad Boruların istehsalı, Polietilen və dəmir neft, qaz və su borularının  istehsalı, Metal konstruksiyalarının hazırlanması, Hidrotexniki avadanlıqların istehsalı
 
Namizəd aşağıdakı tələblərə cavab verməlidir :
 
 İstehsalatda və inşaat sahəsində ən azı 5 il təcrübəsi olan
 Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodiki-normativ və başqa rəhbər materialları; 
 Müəssisə, idarə və təşkilatlarda mühasibat hesabının metod və formalarını, uçot və hesabatı, hesabatların plan və korrespondensiyasını; 
 Balans və onun əlavələrinin hesablanması qaydalarını;
 Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini, sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydalarını; 
 Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarını; 
 Hesablama texnikasının istismarı qaydalarını; 
 İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını; 
 Daxili əmək intizamı qaydalarını; 
 Əmək qanunvericiliyinin əsaslarını;
 
Uyğun namizədin həyata keçirəcəyi öhdəliklər:
 
• Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir;
• Balansı və onun əlavələrini tərtib edir;
• Maliyyə intizamının yerinə yetirilməsində və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
• Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
• İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarır, onların qarşısının alınması üçün təkliflər hazırlayır; 
• Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də fondlara vəsaitin köçürülməsini həyata keçirir;
• Təsərrüfatdaxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir;
• Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir;
• Baş mühasib tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqların icra edir.
• Yüksək səviyyədə komputer biliyi
• Azərbaycan, İngilis və Rus dillərində yazmaq və danışmaq bacarığı.
 
Mənbə jobsearch.az

“Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı

504 səhifəlik, qalın üzlü  “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.  

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın

    Xəbərlər