
Vakansiya! SOCAR-dan rəis müavini elanı
Dəmir Beton Məmulatları Zavodunda işləmək şansı
Rəis müavini (Dəmir Beton Məmulatları Zavodu , Oksigen sexi)
Vakansiyanın açılma tarixi 06.04.2013
Son müraciət tarixi 11.04.2013
Müəssisənin adı Neftqaztikinti tresti
Ödəniş növü Vəzifə maaş
Əməyin ödənilmə dərəcəsi MF
Vəzifə maaşının məbləği 782AZN
Əlavə ödənişlər
Struktur vahidinin adı Dəmir Beton Məmulatları zavodu
İş yerinin ünvanı Bakı şəhəri Zığ şossesi 1027
İş vaxtının norması NORM40/5
Əmək şəraiti Quruda
Təhsil İstiqaməti Sahə üzrə
Tələb olunan minimum təhsil səviyyəsi Bakalavr
Tələb olunan əmək fəaliyyəti Sahə üzrə - 2 ildən yuxarı ;
Tələb olunan kompüter bilik səviyyəsi MS Word - yaxşı ; MS Excel - yaxşı ;
Tələb olunan xarici dil bilik səviyyəsi
Vakansiya tələbinə uyğun təlimlər
Vəzifə(peşə) funksiyaları •Sexin istehsal təsərrüfat işinə rəhbərliyi həyata keçirmək;
•Tapşırıqların vaxtında yerinə yetirilməsini, məhsulun yüksək keyfiyyətlə ahəngdar buraxılmasını, əsas və dövriyyə fondlarından səmərəli istifadə olunmasını təmin etmək;
•İstehsalın təşkilinin təkmilləşdirilməsi, onun texnologiyası, istehsal prosseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılmasını təşkil etmək;
•Zay məhsul buraxılmasının qarşısının alınması, bütün ehtiyatlardan qənaətlə istifadə olunmasını, yeni məhsulun və texnologiyanın mənimsənilməsinə şərait yaratmaq;
•Əmək məhsuldarlığının yüksəldilməsi və eləcədə istehsal gəlirinin çoxalması, məhsulun maya dəyərinin və əməyin aşağı salınması üzrə iş aparmaq;
•Sexin istehsal fəaliyyəti üzrə hesabatın vaxtında tərtib və təqdim olunması, əməyin normallaşdırılması, əmək haqqı və maddi maraqlandırmanın forma və sistemlərindən düzgün istifadə etmək;
•Əməyin qabaqcıl üsul və metodlarının ümumiləşdirilib yayılması, oxşar məhsulların buraxılışı, istehsalat texnologiyası sahəsində respublika və xarici ölkələrin qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq etmək;.
•Avadanlıqların və başqa vəsaitlərin vaxtında tənzimlənməsini və texniki cəhətdən düzgün istismarını, onların qrafik üzrə təmirini, təhlükəsiz sağlam əmək şəraitinin yaradılmasını eləcədə əmək şəraitindən asılı olaraq işçilərə güzəştlərin vaxtında verilməsini təmin etmək;
•İstehsalın texniki inkişafının və avadanlığın müasirləşdirilməsinin planlaşdırılması işində avadanlığın çox tez sıradan çıxması, qəzaya uğraması və istehsalat zədələnməsinin tədqiqində iştirak edir, onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanmasını təmin etmək;
•Kollektivdə tərbiyyə işi aparır, fəhlə və qulluqçu kadrların seçilməsi, yerləşdirilməsi və məqsədə uyğun istifadə edilməsini təmin etmək;
•İşçilərin əməyin mühafizəsi, təhlükəsiz texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət etmək;
•İşdə fərqlənən işçilərin rəğbətləndirilməsi,əmək, istehsalat intizamını pozanların cəzalandırılması haqqında təkliflər irəli sürmək.
Bilməlidir •İşçi jurnalının və digər istehsalat sənədlərini, məhsulun istehsalına realizasiya olunmasına lazım olan sənədlərin hazırlanmasını təşkil edilməsini;
•İşçilərin işə çıxma qrafiklərinin tərtib edilməsini;
•Məhsulun keyfiyyətinin və iş şəraitinin yaxşılaşdırılması istiqamətində yeni texnoloji və təşkilati qərarların tətbiq edilməsini;
•Əmək şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks planların hazırlanmasında və həyata keçirilməsini.
Tələb olunan digər bilik və bacarıqlar
Son müraciət tarixi 11.04.2013
Müraciət etmək üçün link: http://careers.socar.az/ApplyVac.aspx?Vid=4960
1 Komment
Elmin 07 Sentyabr 2021
Salam mən Mustafayev Elmin Arzuman oğlu 2 il neftqaztikinti trestinin işcisi olmuşam ailə vəzyətimə görə işdən öz ərzəmlə cıxmşam 10 il bundan qabaq indi isə qaydb işləmək istyirəm vəzifəm quraşdrcı olub qaynaq bacarıram 10 il stajm var 6 ildən artqdırki rəhbər vəzifələrdə işləmişəm.
Şərh yazın