Elektron xəstəlik vərəqəsi ilə bağlı 8 SUAL-CAVAB

Elektron xəstəlik vərəqəsi ilə bağlı 8 SUAL-CAVAB

17 may 2025-ci il tarixdə onlayn və əyani formada həyata keçiriləcək növbəti tematik təlimimiz iki mövzudan ibarət olacaq: "İş vaxtı rejimləri, növbə cədvəllərinin qurulması və proseslərin ƏMAS altsistemində əks olunması və "Əmək Məcəlləsində gözlənilən dəyişikliklərin müzakirəsi".  Təlimdə həmçinin  ƏMAS altsistemində həyata keçirilən son yeniliklər haqqında məlumat veriləcək. Tematik təlimdə iştirak üçün əlaqə vasitələri: 050-368-12-72 saylı telefon (what's app da aktivdir) və [email protected] (email adress).  Fərdi və ya təşkilat (e-qaimə, müqavilə və s.) hesabına qoşulmaq mümkündür.

Səhiyyə Nazirliyi elektron xəstəlik vərəqəsi ilə bağlı vacib məqamlarla bağlı sual-cavabları paylaşıb:

Sual 1. Elektron xəstəlik vərəqəsi (e-bülleten) nədir?

Cavab: Elektron xəstəlik vərəqəsi əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında sığortaolunan şəxslərə ödənilən müavinətin hesablanması üçün əsas sənəddir. Ənənəvi kağız sənədlərin rəqəmsal alternatividir və Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) üzərindən tərtib olunur.

Sual 2. Elektron xəstəlik vərəqəsi ilə kağız vərəqə arasında hansı fərqlər var?

Cavab: Elektron vərəqə kağız versiyaya nisbətən:

- Avtomatik imzalanır və rəqəmsal ötürülür

- Sənəd dövriyyəsini azaldır

- Əməliyyat proseslərini sürətləndirir

- Hüquqi baxımdan eyni qüvvəyə malikdir, lakin daha şəffaf və təhlükəsizdir

Sual 3. E-bülleten hansı vasitə ilə imzalanır və hüquqi qüvvəyə malikdirmi?

Cavab:  E-bülleten səlahiyyətli həkim tərəfindən “Sima” hüquqi imza ilə rəsmiləşdirilir. Bu imza ilə təsdiqlənmiş sənəd rəsmi sənəd statusuna malik olur və DSMF tərəfindən qəbul edilir.

Sual 4. Vətəndaşlar elektron xəstəlik vərəqəsinə necə baxa bilər?
Cavab:  Vətəndaşlar “Elektron Səhiyyə” mobil tətbiqi vasitəsilə vərəqələrini görə bilər. Həmçinin, istədikləri halda müvafiq tibb müəssisəsindən kağız nüsxəni də əldə edə bilərlər.

Sual 5. Əgər travma və ya xəstəlik qeyri-iş günündə baş verərsə, vərəqə necə rəsmiləşdirilir?
Cavab: Bu halda ilkin məlumatlar “Müraciət barədə arayış” modulu ilə sənədləşdirilir. Daha sonra həmin arayış əsasında e-bülleten tarixə uyğun rəsmiləşdirilir.

Sual 6. Tibb müəssisəsi və ya həkim e-bülleten tərtib etmək üçün hansı tələblərə cavab verməlidir?

Cavab: Həkimlər “Sima” hüquqi imzasına və VSİS sisteminə giriş icazəsinə sahib olmalıdırlar. Əks halda, tərtib olunmuş kağız vərəqələr etibarsız hesab olunur və DSMF tərəfindən qəbul edilmir.

Sual 7: İşəgötürən və DSMF elektron vərəqəyə necə çıxış əldə edir?

Cavab: İşəgötürənlər ƏMAS sistemi, tibb müəssisələri isə VSİS platforması vasitəsilə elektron vərəqəyə çıxış əldə edir. Vərəqə e-imza ilə təsdiqləndikdən sonra avtomatik olaraq DSMF-yə ötürülür.

Sual 8. Tibb bacıları elektron xəstəlik vərəqəsi tərtib edə bilərmi?

Cavab: Elektron xəstəlik vərəqəsinin (e-bülletenin) tərtibi yalnız səlahiyyətli həkimlər tərəfindən həyata keçirilə bilər. Bu prosesin hüquqi qüvvəyə malik olması üçün həkimin “Sima” hüquqi imzası olmalı və Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) üzərindən sistemə daxil olmaq səlahiyyəti olmalıdır.

Tibb bacıları bu prosesdə yalnız texniki və dəstək məqsədli funksiyalar yerinə yetirə bilərlər, lakin vərəqəni rəsmiləşdirmək səlahiyyətinə malik deyillər.

ƏMAS altsistemində son yeniliklər və elektron xəstəlik vərəqəsi haqqında məlumatı 17 may 2025-ci il tarixdə onlayn və əyani formada  keçiriləcək “İş vaxtı rejimləri, növbə cədvəllərinin qurulması və proseslərin ƏMAS altsistemində əks olunması” və "Əmək Məcəlləsində gözlənilən dəyişikliklərin müzakirəsi" mövzusunda tematik təlimdə daha geniş məlumat veriləcək. Tematik təlimdə iştirak üçün  050-368-12-72 saylı telefonla (what's app da aktivdir) əlaqə saxlamağınız kifayətdir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

3.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

Vergi uçotu: A-dan Z-yə (IX nəşr)

Vergi Məcəlləsi. Ümumi Hissəsinin izahı (V nəşr)

Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər