Bankların HR forumu ilə bağlı maraqlı məlumatlar

Bankların HR forumu ilə bağlı maraqlı məlumatlar

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan İnsan Resursları Cəmiyyətinin (HR Society) birgə təşkilatçılığı, Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu ilə 4 may 2018-ci il tarixində Bakıda “Human Capital Forum - 2018”  keçiriləcək. Forumun təşkilində məqsəd insan resursları sahəsində çalışan mütəxəssisləri bir araya gətirmək, onların peşəkar inkişafına dəstək vermək, təcrübə mübadiləsi aparmaq, HR sahəsində baş verən yeniliklərlə tanışlıq, onların Azərbaycanda da tətbiqi imkanlarını birgə dəyərləndirmək və bu istiqamətdə müştərək fəaliyyət üçün motivasiya yaratmaqdır.

Tədbirdə maliyyə qurumlarının HR menecerləri, Azərbaycan İnsan Resursları Cəmiyyətinin üzvləri, insan resurslarının idarə olunması sahəsində fəaliyyət göstərən tədqiqatçılar, təlimçilər və məsləhətçilər iştirak edəcəklər.

Forum 2 paneldən ibarət olacaq. Burada yerli və xarici spikerlər 10 mövzu üzrə öz təcrübələrini bölüşəcəklər. Digital HR, insan kapitalının formalaşdırılmasında HR menecerlərinin rolu, bu sahədə qiymətləndirmə alətləri, işçi məmnunluğunun əsas amilləri, rəhbər-işçi münasibətlərinin səmərəliliyi, insanların davranış və ünsiyyət tərzlərinin qiymətləndirilməsində dördölçülü davranış modelinin (DİSC) yaratdığı imkanlar, insan resurslarının idarə olunması sahəsində beynəlxalq trendlər və s. müzakirə ediləcək mövzulara daxildir. Forumda təqdimatlarla yanaşı, könüllülərin iştirakı ilə praktik sınaqlar da nümayiş etdiriləcək.

Azərbaycan Beynəlxalq Bankının baş sponsor dəstəyi ilə yanaşı, “Prospect ERP” şirkəti də “Human Capital Forum - 2018”-in bürünc tərəfdaşıdır. Bundan başqa, BBN.az saytı, “Yapı Kredi Bank” Azərbaycan, PwC, KPMG, HAY Group, Antaris MMC, “İş Kavramları Danışmanlık” Foruma təşkilati dəstək verir.

0 Komment

    Şərh yazın

    Xəbərlər