HR konfransın gündəliyi məlum oldu

HR konfransın gündəliyi məlum oldu

Azərbaycan İnsan Resursları Peşəkarları (AİRP) platforması 5 may tarixində keçirəcəyi AİRP 2018 İR Konfransı və Sərgisi adlı tədbirinə qeydiyatı açıq elan edib. Konfransda  dinləyici növünə və ya təcrübəsinə uyğun olaraq 3 fərqli səviyyə üzrə eyni vaxtda sahəsinin ən peşəkarları tərəfindən praktiki təlimlər (workshop) həyata keçirilməsi planlaşdırılır. "İnsan kapitalının inkişafı" şüarı ilə keçirilən konfransda 5 əsas spiker və 18 spikerin yer alacaq.
İşçi dili Azərbaycan dili olacaq tədbirin ilkin gündəliyi aşağıdakı kimi olacaq:

09:00 Qeydiyyat və Sərgi
10:00 Açılış mərasimi
10:15 Açılış Çıxışı (İnteraktiv sessisya) 
Şirkətin uğurunda insan kapitalının rolu
Leyla Novruzova İR üzrə Vitse Prezident, Azərbaycan, Gürcüstan, Türkiyə (AGT) Regionu,BP 
Mətanət Babayeva, İnsan Resursları üzrə Baş Direktor (CHRO), 
Azerconnect MMC
Digər 3 əsas spikerl barədə məlumat veriləcək.
11:10 Kofe fasiləsi və Sərgi
11:40 Cari sessiya: Biznes biliyi və strateji insan resursları
12:20 Cari sessiya: İş qüvvəsinin planlaşdırılması
13:00 Nahar fasiləsi
14:25 Cari sessiya: İşə qəbul
15:05 Cari sessiya: Öyrənmə və İnkişaf
15:40 Kofe fasiləsi və Sərgi
16:05 Cari sessiya: Fəaliyyətin idarə edilməsi
16:45 Cari sessiya: Əməyin ödənilməsi (Mükafatlandırma)
17:25 Bağlanış mərasimi (tədbirin sonu, sertifikat və hədiyyətlər)

Tədbirin məkanı :
Tədbir 05 may 2018-ci il tarixində Bakı Bulvar Otelində keçiriləcək.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər