Hansı halda işçinin özü yox, ailə üzvü xəstələndiyi halda müavinət ödənilməlidir? (4 YANAŞMA)

Hansı halda işçinin özü yox, ailə üzvü xəstələndiyi halda müavinət ödənilməlidir? (4 YANAŞMA)

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə

Əsasnamənin 16-cı maddəsinə əsasən, xəstələnmiş ailə üzvünə qulluq etmək üçün müavinət bu şərtlə verilir ki, xəstəyə qulluq edilməməsi xəstənin həyatı və ya sağlamlığı üçün qorxu törətsin və tibbi göstərişə görə xəstəxanaya yerləşdirmək imkanı olmasın.
Həm Əsasnamədə, həm Əmək Məcəlləsində “ailə üzvü” anlayışından istifadə edilsə də, onun açıqlanması verilməyib. Mümkündür ki, xəstələnən şəxs işçinin valideyni, övladı, qardaş və bacısı olsun. Maddənin tələblərindən göründüyü kimi, xəstələnən ailə üzvü ilə bağlı müəyyən şərtlərin olması vacibdir. 
Birinci şərt odur ki, xəstələnən ailə üzvünə qulluq edilməməsi xəstənin həyatı və ya sağlamlığı üçün qorxu törətsin və tibbi göstərişə görə xəstəxanaya yerləşdirmək imkanı olmasın. 
Mİsal 1.  İşçinin 18 yaşlı övladı qrip olub. Bu halda Əsasnamənin 16-cı madddəsinə uyğun müavinət hesablanması nəzərdə tutlmayıb. Çünki qrip xəstəliyi onun sağlamlığı üçün qorxu yaratmır. 

Mİsal 2. İşçinin atası avtoqəza zamanı zədə aldığı üçün xəstəxanaya yerləşdirilib. Bu zaman da işçiyə müavinət hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb. Çünki müavinət o zaman hesablanır ki, tibbi göstərişə uyğun olaraq ailə üzvünü xəstəxanaya yerləşdirmək imkanı olmasın.
Qeyd edək ki, 14 yaşından yuxarı xəstələnmiş ailə üzvlərinə qulluq edilərkən 7 təqvim günündən artıq olmayan müddətdə müavinət verilir. Xəstəyə qulluq edilərkən 7 təqvim günündən artıq vaxt üçün ailə üzvünün ağır xəstə olmasından və məişət şəraitindən asılı olaraq müstəsna hallarda müavinət verilməsinə icazə verilir. Bu halda müavinət ümumilikdə 10 təqvim günündən artıq verilməməlidir.
Göründüyü kimi, 14 yaşından yuxarı xəstələnmiş ailə üzvlərinə qulluq edilməsinin tavan müddəti müəyyən edilib: 10 təqvim günü. Yəni, işçinin 14 yaşından yuxarı ailə üzvünün xəstəliyi qulluq müddəti ilə yox, maksimum müddətlə tənzimlənir.
İkinci fərqli yanaşma isə 14 yaşa çatadanək xəstələnmiş uşağa qulluqla bağlıdır. Əsasnamənin 16-cı maddəsinə əsasən, 14 yaşa çatanadək xəstələnmiş uşağa qulluq edilməsinə görə müavinət istər ambulator, istərsə də stasionar müalicə zamanı uşağın qulluğa ehtiyacı olan müddətədək verilir. Xəstələnmiş uşağa qulluq edilməsinə görə müavinət anaya (ataya) və ya uşağa qulluq edən digər şəxsə verilir.
Mİsal. İşçinin 6 yaşlı övladı qızılca xəstəliyinə yoluxduğu üçün evdə müalicə alır. Bu zamana işəgötürən tərəfindən müavinət uşağın qulluğa ehtiyacı olan müddətədək verilməlidir.
Üçüncü fərqli yanaşma isə insanın immunçatışmazlığı virusu ilə yoluxmuş (İİV) və ya QİÇS xəstəliyinə tutulmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın müalicəsində valideynlərdən birinə, yaxud digər qulluq edən şəxsə uşağın qulluğa ehtiyacı olan bütün dövr üçün verilməsi ilə bağlıdır.  Bu cür xəstəliklərlə bağlı müddət müəyyən edilməyib, ona görə də uşağın qulluğa ehtiyacı olan bütün dövr üçün verilməlidir.
Dördüncü yanaşma isə, uşağa qulluq müavinətinin anaya yox, digər şəxsə verilməsi ilə bağlıdır. Əsasnaməyə əsasən, işləməyən ana xəstələndiyi hallarda uşağa qulluq edə bilmədikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət 3 yaşadək uşaqlara və 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara qulluq edən şəxslərə verilir.
Qeyd edək ki, ailə üzvünə qulluqla bağlı müavinət hesablanması zamanı işçinin xəstəlik vərəqəsi təqdim etməsi mütləqdir. Bu zaman xəstəlik vərəqəsinə qulluq edilməsi ilə bağlı qeyd aparılmalıdır.
Maraqlı məqamlardan biri də işçinin məzuniyyətdə olduğu zaman ailə üzvünün xəstələnməsi halıdır. Əsasnaməyə əsasən, növbəti və əlavə məzuniyyət, uşağa qulluq etməkdən ötrü məzuniyyət və yaxud əmək haqqı saxlanılmadan məzuniyyət vaxtı, xəstələnmiş ailə üzvünə qulluq etmək üçün müavinət verilmir.
Mİsal. İşçi 30 günlük əsas məzuniyyətdən istifadə edib. Məzuniyyət dövründə işçinin ailə üzvü xəstələnərsə, ona qulluq üçün müavinət verilməsi nəzərdə tutulmayıb. Qanunvericiliyə əsasən, əmək məzuniyyətində olan işçi özü xəstələndiyi halda müavinət hesablanması nəzərdə tutulsa da, bu hal ailə üzvünə qulluğa şamil edilmir. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər