İşçinin Bakıdan Sumqayıta səfər etməsi ezamiyyə hesab edilir?

İşçinin Bakıdan Sumqayıta səfər etməsi ezamiyyə hesab edilir?

Satışına START verilən “Əməyin uçotu: A-dan Z-yə” (IV nəşr) kitabından seçmə

Təcrübədə tez-tez rast gəlinən suallardan biri də işçinin ezamiyyətə göndərilməsi zamanı məsafənin müəyyənləşdirilməsidir. Misal üçün, işəgötürən işçini Bakı şəhərindən Sumqayıt şəhərinə ezamiyyətə göndərə bilərmi? Qaydalarda ezamiyyətlə bağlı məsafə kilometrlə qeyd edilməsə də, işəgötürənlər üçün qeyd edilən suala aydınlıq gətiriləsi maddə var. Qaydaların “Respublika ərazisi daxilində ezamiyyələr” bölməsinin 3-cü hissəsinin ikinci hissəsinə əsasən, işçinin hər gün ezam olunma yerindən özünün daimi yaşayış yerinə qayıda bilməsi məsələsi hər bir konkret halda məsafənin uzaqlığı, nəqliyyat əlaqəsinin şəraiti, yerinə yetirilən tapşırığın xarakteri, həmçinin də işçiyə istirahət üçün şərait yaradılmasının vacibliyi nəzərə alınmaqla, ezam olunan işçinin işlədiyi təşkilatın rəhbəri tərəfindən həll edilir.

Maddədən göründüyü kimi, ezamiyyə zamanı  məsafənin uzaqlığının müəyyən edilməsi ezam olunan işçinin işlədiyi təşkilatın rəhbərinin səlahiyyətinə buraxılıb. İşəgötürən hesab edirsə ki, işçinin tapşırığı həyata keçirməsi üçün Sumqayıt şəhərində gecələməsinə ehtiyac var, o zaman həmin səfəri ezamiyyət kimi rəsmiləşdirə bilər.

Mİsal. Bakı şəhərində yerləşən işəgötürən qərar verir ki, Sumqayıt şəhərində keçiriləcək sərgidə iştirak etmək üçün işçilər 3 günlük ezam olunsun. İşəgötürən hesab edir ki, 2 gün hər gün saat 9:00-dan 18:00-ə kimi keçiriləcək tədbirdə iştirak etmək üçün işçilərin hər gün Bakı şəhərinə gəlib-getməsi işçilərin istirahət rejiminin pozulmasına səbəb olacaq. O səbəbdən də, işəgötürən həmin işçilərin Sumqayıtda 2 gün qalmasına qərar verir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər