YENİ DƏYİŞİKLİK! Ezamiyyə xərclərinin gündəlik və mehmanxana xərcləri bölgüsü necə həyata keçirilir?

YENİ DƏYİŞİKLİK! Ezamiyyə xərclərinin gündəlik və mehmanxana xərcləri bölgüsü necə həyata keçirilir?

9 aprel 2024-cü il tarixdən satışda olacaq "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə

Əvvəlcə baxaq, ezamiyyə xərclərinin 1 günlük normasına nələr daxildir. 4 aprel 2024-cü il tarixli qərarla olunan dəyişikliyə əsasən, 4-cü hissə aşağıdakı redaksiyada təsdiq edilib:
“4. Müəyyən edilsin ki, ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri və gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər) daxildir.”
Qeyd edək son dəyişikliyədək Nazirlər Kabinetinin 14 saylı qərarında qeyd edilirdi ki, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlərlə bağlı xərclər daxildir.
Yeni dəyişiklikdən belə anlaşılır ki, şəhərdaxili nəqliyyat vasitəsi kimi taksinin istisna edilməsinə ehtiyac duyulmayıb. Həmin gündəlik xərclər üçün təsdiqedici sənəd tələb olunmadığı üçün işçi ezamiyyə zamanı taksi xidmətindən istifadə edə bilər.
Qərarın əvvəlki redaksiyasında qeyd edilirdi ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir. Dəyişilikdən sonra mehmanxana xərcləri 1 günlük normanın 80 yox, 70 faizini təşkil edir. Eyni zamanda, artıq 1 günlük normanın 20 faizi yox, 30 faizi gündəlik xərcdən ibarətdir. Gündəlik xərc işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmaqla) ödənilir.
Nazirlər Kabinetinin 4 aprel 2024-cü il tarixli qərarının tələbləri nəzərə alınmaqlda misal vasitəsilə gündəlik və mehmanxana xərclərinin bölgüsünü nəzərdən keçirəcək:

Emeyin_ucotu_Mks.az

Mİsal. İşçi 4 günlük Gəncə şəhərinə ezam olunub. Bu zaman işçiyə ödəniləcək ezamiyyə norması 313,50 manat (3 gün x 66.50 manat + 4 gün x 28.50 manat) təşkil edəcək. Sonuncu gün işçi ezamiyyətdən geri qayıtdığı üçün yalnız gündəlik xərc ödənilməlidir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

1 Komment

  1. Babayeva Gunay 09 Aprel 2024

    Salam bu qayda xəstəxanaya da aiddi? Misal üçün Sürücüyə Qusardan Bakıya xəstə aparanda ezamiyyə xərci ödənilməlidir? Yəni maşını ilə aparsa da bir neçə saat yolda olurlar yeməyə xərcləyir?əvvəllər ezamiyyə pulu verirdi,indi isə vermirlər.bu qanunidimi? Əsas səbəb sürücünün vəzifə borcu kimi göstərir.

Şərh yazın

Xəbərlər