Sınaq müddəti özünü doğrultmayan işçinin əmək müqaviləsinə xitamla bağlı 4 VACİB MƏQAM

Sınaq müddəti özünü doğrultmayan işçinin əmək müqaviləsinə xitamla bağlı 4 VACİB MƏQAM

Satışı bitən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Təcrübədə sınaq müddətində özünü doğrultmaması səbəbi ilə işçinin əmək müqaviləsinə xitam zamanı bəzi fərqli yanaşmalara yol verilir ki, onlardan ən çox rast gəlinən məqamlar haqqında məlumat vermək istərdik.
Birinci məqam. Əmək müqaviləsində sınaq müddəti qeyd edilmədiyi halda, işçinin sınaq müddəti dövründə özünü doğrultmadığı üçün əmək müqaviləsinə xitam verilir.

Mİsal . İşəgötürən işçi ilə 1 sentyabr 2021-ci il tarixdə müddətsiz və ya 1 il müddətli əmək müqaviləsi imzalayıb. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilməsə də, işəğötürən 3 ayın bitməsinə 3 gün qalmış sınaq müddətində özünü doğrultmadığı səbəbi ilə işçinin əmək müqaviləsinə xitam verib. Əmək Məcəlləsinin 51-ci maddəsinin 3-cü hissəsinə əsasən, sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur. 
İkinci məqam. Qanunvericilikdə sınaq müddəti ilə əmək müqaviləsi bağlanılmasına icazə verilməyən işçinin əmək müqaviləsində sınaq müddəti nəzərdə tutulur və xitam zamanı ona istinad edilir. 
Mİsal.  İşəgötürən 2 yaşınadək uşağı olan qadınla 3 aylıq sınaq müddəti nəzərdə tutulan əmək müqaviləsi bağlayır. 3 ay bitməmiş işçini sınaq müddətində özünü doğrultmadığı səbəbi ilə işdən azad edir. Əmək Məcəlləsinin 52-ci maddəsində əmək müqaviləsi bağlanılarkən sınaq müddəti müəyyən edilməyən halların siyahısı verilib. Hamilə və üç yaşına çatmamış uşağı olan qadınlar, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər də həmin siyahıya aiddir.
Üçüncü məqam. Sınaq müddətinin 3 ay müəyyən olunmasına baxmayaraq, işçi 2 aydan sonra işdən azad edilir.
Təcrübədə sınaq müddəti ilə bağlı rast gəlinən hallardan biri də, sınaq müddətinin 3 aylıq müəyyən olunmasına baxmayaraq, işçinin əmək müqaviləsinə 1-2 aydan sonra sınaq müddətində özünü doğrultmaması əsası ilə xitam verilməsidir. Qeyd edək ki, sınaq müddətinin tavan müddəti kimi 3 ay qeyd edilib, amma işəgötürənin hüququ çatır ki, daha az sınaq müddəti müəyyən etsin. Misal üçün, işəgötürən hətta 10-15 günlük də sınaq müdəti müəyyən edə bilər. O səbəbdən də, işçi ilə sınaq müddətinin 3 ay olaraq müəyyən olunması, 1 aydan sonra işçinin sınaq müddətində özünü doğrultmaması qərarının verilməsi mübahisəli hesab etsək də, dövlət qurumu işçinin sınaq müddəti başa çatmadan azad edilməsinə əmək qanunvericiliyinin tələblərinin pozulması kimi yanaşmır.
Dördüncü məqam. İşçi sınaq müddətində başqa əsasla işdən azad olunsa da, xitam zamanı 70-ci maddənin “d” bəndinə istinad olunur.
Əmək qanunvericiliyinə əsasən, sınaq müddətinin müəyyən olunmasında məqsəd işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaqdır. Qeyd edilənlərdən fərqli səbəblərdən işçinin əmək müqaviləsinə xitam verilərsə, ona uyğun maddə qeyd edilməlidir.
Mİsal 1.  İşçi sınaq müddəti dövründə qərar verir ki, öz təşəbbüsü ilə işdən azad olunsun. Bu halda işçinin əmək müqaviləsinə xitam verilməsi əmrində 70-ci maddənin “d” bəndi qeyd olunmamalıdır. İşçi öz ərizəsi ilə işdən çıxdığı üçün, 69-cu maddəyə istinad edilməlidir.
Mİsal 2.  İşəgötürən sınaq müddəti ərzində işçinin bir neçə dəfə sərxoş vəziyyətdə işə gəlməsini müəyyən edir və bu halları rəsmiləşdirir. Daha sonra isə əmək müqaviləsinə xitam verir. Bu halda işçinin əmək müqaviləsinə xitam verilməsi əmrində Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi yox, “ç” bəndi qeyd edilməlidir. Çünki “İşçinin sınaq müddəti dövründə özünü doğrultmaması” anlayışı özündə əmək intizamının kobud şəkildə pozulmasını ehtiva etmir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər