Daha yüngül işə keçirilmə necə rəsmiləşdirilməlidir? (Nümunəvi formalar)

Daha yüngül işə keçirilmə necə rəsmiləşdirilməlidir? (Nümunəvi formalar)

Satışı davam edən "A-dan Z-yə: Kargüzarlıq" (V nəşr) kitabından seçmə

Bəzən işçi başqa, daha yüngül işə keçirilsə belə, onun əmək haqqı saxlanılır, azaldılmır. Məsələn, rəsmi tibbi rəyə uyğun olaraq hamilə qadınlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər. Belə qadınlar yüngül işə keçirilərkən onların əsas vəzifələri üzrə orta əmək haqqı saxlanılır.

 Ərizənin nümunəvi forması

"Alov” MMC-nin direktoru
Nəbili Nüsrət Nadir oğluna
Kadrlarla iş üzrə mütəxəssis
 Quliyeva Raziyyə Əşir qızı 
tərəfindən

ƏRİZƏ

Xahiş edirəm, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 243-cü maddəsinə müvafiq olaraq məni hamiləliyə və doğuma görə məzuniyyətin təqdim edilməsi tarixinədək zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirəsiniz.

Qoşma: Bakı şəhəri Nərimanov rayonu, 8 saylı Qadın məsləhətxanasının 12 avqust 2019-cu il tarixli, __№-li həkim rəyi, 1 nüsxə, 1 vərəq.

___________ Quliyev R.Ə.

12 avqust 2019-cu il

Əmrin nümunəvi forması

Blank “Alov” MMC
ƏMR 
№________

Gəncə şəhəri        ____ ___________________2019-cu il

Daha yüngül işə keçirilmə haqqında

“Alov” MMC-nin Kadrlarla iş üzrə mütəxəssisi Quliyeva Raziyyə Əşir qızının təqdim etdiyi 12 avqust 2019-cu il tarixli, __№-li həkim rəyində edilən tövsiyəyə, 12 avqust 2019-cu il  tarixli xidməti yazısına və onunla bağlanılmış  16 avqust 2019-cu il tarixli, ___№-li əmək müqaviləsinə əlavəyə əsasən

ƏMR EDİRƏM:

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 243-cü maddəsinə uyğun olaraq, Quliyeva Raziyyə Əşir qızı hamiləliyə və doğuma görə məzuniyyətin təqdim ediləcəyi ____ ________2019-cu il tarixinədək müvəqqəti olaraq ____________ vəzifəsinə keçirilsin.
2. Baş mühasib Səlimova Sultanə Sahib qızına tapşırılsın ki, Quliyeva Raziyyə Əşir qızına yeni vəzifəsinə uyğun müəyyənləşdirilmiş əmək haqqına müvafiq olaraq, ancaq 16 avqust 2019-cu il tarixli, ___№-li əmək müqaviləsinə əlavədə nəzərdə tutulduğu qaydada, əvvəlki vəzifəsi üzrə orta əmək haqqıdan az olmamaqla əmək haqqı ödənilməsini təmin etsin.
3. Kadrlarla iş üzrə şöbənin müdiri Ağazadə Nazlı Həsənağa qızı Quliyeva Raziyyə Əşir qızını yeni vəzifəsi ilə bağlı təlimatlandırsın.
 
Direktor _______ Nəbili N.N.

Əmrlə tanış oldum:
__________ Səlimova S.S.
16 avqust 2019-cu il
__________ Quliyeva R.Ə.
16 avqust 2019-cu il

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər