Vəzifə təlimatı ilə bağlı diqqət yetiriləsi vacib məqamlar

Vəzifə təlimatı ilə bağlı diqqət yetiriləsi vacib məqamlar

Satışı davam edən "A-dan Z-yə: Kargüzarlıq" (V nəşr) kitabından seçmə

Vəzifə təlimatının məzmunu isə təkcə işçinin əmək funksiyalarından ibarət deyil. Vəzifə təlimatında işçinin vəzifə öhdəlikləri, səlahiyyətlərinin hüdudları, vəzifəyə təyin olunan işçinin ixtisasına olan tələblər geniş və aydın şəkildə əks etdirilir.

Vəzifə təlimatı işəgötürənin hazırladığı sənədlər arasında mühüm yer tutmaqla, təşkilatın fəaliyyətinin həyata keçirilməsi və muzdlu əməyin idarə olunmasında əvəzolunmaz rola malikdir. Vəzifə təlimatı ştat cədvəlində olan hər bir işçi üçün tətbiq edilir və əmək fəaliyyətinin həyata keçirilməsi prosesində işçinin məsuliyyətini, öhdəliklərini, əsas hüquqlarını və funksiyalarını müəyyənləşdirir.

Vəzifə təlimatı konkret ixtisaslar üzrə tələbləri əks etdirdiyinə görə həm işçi seçimi prosesində namizədin işgüzar keyfiyyətlərinin qiymətləndirilməsi zamanı, həm də attestasiya prosesində işçinin fəaliyyətinin qiymətləndirilməsi üçün əvəzsiz rola malikdir.

Eyni zamanda, vəzifə təlimatlarında işçinin səlahiyyətlərinin sərhədlərinin dəqiq müəyyənləşdirilməsi təşkilatda işçilər arasında əmək funksiyalarının rasional bölgüsünə və əmək intizamına əməl olunmasına nəzarəti həyta keçirməyə imkan yaradır.

Vəzifə təlimatı işəgötürənin və işçinin davranışının hüquqiliyini müəyyənləşdirməyə də kömək edir. Məhz bütün bu sadalanlara görə təşkilatlarda vəzifə təlimatlarının tərtibi və tətbiqi vacibdir.

Müvafiq standartlara uyğun olaraq vəzifə təlimatlarında aşağıdakı rekvizitlərin olması vacibdir: sənədi hazırlayan təşkilatın adı, sənədin adı, tarix, qeydiyyat nömrəsi, tərtib olunduğu yer, təsdiq qrifi, sənədin başlığı, əlavənin olması ilə bağlı qeyd, razılaşdırma vizası, razılaşdırma qrifi, sənədin icraçısının imzası.

Vəzifə təlimatı daxili təşkilati-normativ sənəddir, onun əslinin (birinci nüsxəsi) sonuncu səhifəsinin arxa tərəfində uyğun şöbə(lər)nin rəhbər(lər)i və hüquqşünas tərəfindən razılaşdırma vizası qoyulur. Sənəd təşkilatın rəhbərinin əmri və ya kollegial orqanın qərarı ilə təsdiq edilir. Təsdiqetmə qrifi birinci səhifənin yuxarı sağ güncündə yerləşdirilir. Razılaşdırma qrifi isə sənədin sonunda yerləşdirilir. Vəzifənin daşıyıcısı sənədlə tanış olması haqqında qeydin qarşısından imza atır.

Vəzifə təlimatının strukturu adətən aşağıdakı şəkildə olur:

-              Ümumi müddəalar;

-              İxtisasa tələblər;

-              Vəzifə öhdəlikləri;

-              Vəzifə öhdəliklərinin icrasının qiymətləndirilməsi meyarları;

-              Digər vəzifələrlə qarşılıqlı münasibətləri;

-              Hüquqları;

-              Məsuliyyəti.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər