Müddətli əmək müqaviləsi ilə bağlı 2 məqam

Müddətli əmək müqaviləsi ilə bağlı 2 məqam

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Təcrübədə müddətli əmək müqaviləsi bağlanmasının digər hallarına da rast gəlinir. Əmək müqaviləsinin müddətli imzalanması ilə bağlı bir neçə məqama diqqət yetirək. 
Birinci məqam. İşəgötürən işçinin əmək müqaviləsinin müddətli olması ilə bağlı məlumatı elektron informasiya sisteminə daxil etməlidir. Elektron informasiya sistemində “Müddətli” halını seçdikdə, Əmək Məcəlləsi və “Dövlət qulluğu haqqında” AR Qanununa uyğun əsaslar qeyd edilməlidir.
İkinci məqam. Mümkündür ki, işəgötürən yuxarıda qeyd edilən şəxslərlə müddətli yox, müddətsiz əmək müqaviləsi imzalasın. Demək istəyirik ki, Əmək Məcəlləsinin 47-ci maddəsində qeyd edilən şəxslərlə əmək müqaviləsinin müddətli imzalanması mütləq tələb deyil.
Mİsal. Təmir-tikinti sektorunda fəaliyyət göstərən işəgötürən tenderin qalibi olub və inzibati binanın tikintisi ilə bağlı yeni işçilər işə qəbul edir. İşəgötürən gələcəkdə digər tenderlərdə qalib olma ehtimalını nəzərə alaraq mühəndislə müddətsiz əmək müqaviləsi imzalayır. Əmək müqaviləsinin müddətsiz imzalanması əmək qanunvericiliyinin pozulmasına dəlalət vermir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər