İşəgötürənin ixtisar etdiyi işçini vəzifəsini yenidən ştatda bərpa etməsi qanun pozuntusudur?

İşəgötürənin ixtisar etdiyi işçini vəzifəsini yenidən ştatda bərpa etməsi qanun pozuntusudur?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Təcrübədə rast gəlinən hallardan biri də, işəgötürən tərəfindən ixtisar olunan vəzifənin qısa müddətdə bərpa olunmasıdır.
Mİsal. İşəgötürən 10 fevral 2022-ci il tarıxdə əmək haqqı hesablanması üzrə mühasib vəzifəsində çalışan işçinin vəzifəsini ixtisar edir. İşəgötürən xəbərdarlıq müddəti gözlənilməklə işçiyə Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan təminatlar ödənildikdən sonra, onun əmək müqaviləsinə xitam verir. İşəgötürən 1 mart 2022-ci il tarixdən həmin ştatı bərpa edərək vəzifəyə yeni işçi qəbul edir.
Bu halda işdən ixtisar səbəbi ilə çıxarılan işçi yenidən işə bərpa olunması üçün məhkəməyə müraiciət edə bilər. Təcrübədə rast gəlinir ki, işəgötürən ştatın ləğvi və yenidən yaradılmasını əsaslandırma bilmir, məhkəmə qərarı ilə işçi ixtisar olunduğu vəzifəyə bərpa olunur. O səbəbdən də, işəgötürən ştatın ixtisarına qərarını verdikdə, prosesin düzgün əsaslandırılmasını həyata keçirməlidir. Qanunvericilikdə ştatın ləğvi ilə yenidən ştat cədvəlinə salınması (bərpası) arasında hər hansı minimum müddət müəyyən edilməyib. Mümkündür ki, həmin müddət bir ay və ya altı ay olsun. Əsas odur ki, işəgötürən ixtisar prosesinin düzgün əsaslandırılmasını bacarsın, işçinin əmək müqaviləsinə qərəzli şəkildə xitam vermədiyini sübut etsin.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər