Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Tabel uçotunun aparılmasında məqsəd nədir?

  • Əsas səhifə
  • Təlimlər
  • 0 Komment
  • 14 İyul 2023

Tabel uçotunun aparılmasında məqsəd nədir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (V nəşr) kitabından seçmə

Tabellə əlaqəsi olan əsas sənəd işçilərə əmək haqqı hesablanması cədvəlidir. Tabel imkan verir ki, işəgötürən işçiyə vəzifə (tarif) maaşına uyğun hesablama aparsın. Məsələn, işçi fevral ayında olan 21 iş günündən 18-ni işləyib. Başqa sözlə desək, 167 saatlıq aylıq normanın 144 saatını çalışıb. İşçinin aylıq vəzifə (tarif) maaşı təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq 1000 manatdır. Bu şərtlər daxilində işçinin fevral ayında əmək haqqı aşağıdakı qaydada hesablanacaq:

1000 x 144 / 167 = 862,3 manat.

Bu hesablama zamanı istifadə olunan 18 gün (144 saat) rəqəmləri məhz iş vaxtının tabelindən götürülür. Ancaq tabel işçilərin gördüyü işin uçotu baxımından yeganə sənəd olmaya da bilər. Məsələn, əməyin ödənilməsinin işəmuzd sistemində işlərin yerinə yetirilməsini əks etdirən müxtəlif sənədlərdən istifadə olunur. Ancaq bu sistemdə də işçinin işə çıxmasını əks etdirən sənəd tabeldir.

İş vaxtının tabel uçotunu kimin tərtib etməsi (aparması) artıq müəssisənin daxili məsələsidir. Tabeli kim tərtib edəcəksə, bu məsələ mütləq onun vəzifə təlimatında yazılmalıdır. Bu məsələdə əsas faktor müəssisədə çalışanların sayı və təşkilati strukturdur. Beləliklə, tabeli ayrıca işçi də apara bilər, struktur bölmələrinin rəhbərləri də, mühasib də. Yaxşı olar ki, orta və iri müəssisələrin sənəd dövriyyəsi ilə bağlı əsasnaməsində tabellə bağlı məsələlər (kim aparır, mühasibatlığa təqdim etmə vaxtları və sair) əks etdirilsin. Belə müəssisələrdə tabel uçotunun aparılması ilə bağlı ayrıca bir siyasət sənədi də qəbul etmək olar.

Tabel cədvəlinə müəssisənin ştat cədvəlində nəzərdə tutulan vəzifələrə uyğun müddətli və müddətsiz əmək müqaviləsi bağlayaraq çalışan bütün işçilər daxil edilir. Tabeldə müəssisədə əsas və əlavə iş yeri kimi çalışan bütün işçilərin adları və soyadları əks etdirilir. İşəgötürənlə xidmət müqaviləsi bağlayanlar isə tabel cədvəlinə daxil edilmir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

Bütün kitabların satışı yalnız kitabxanalar kitabxanalar vasitəsiylə həyata keçirlə bilər
1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    06 Oktyabr 202623:21

    SƏTƏM mütəxəssisi ilə bağlı işçi sayına görə hansı tələblər müəyyən edilib?

    06 Oktyabr 202622:04

    “MKS Academy” tərəfindən 2026-cı ilin sentyabr ayında keçirilmiş təlimlərin iştirakçıları haqqında məlumat

    06 Oktyabr 202609:14

    Əmək müqaviləsinin bağlanması zamanı işə qəbul əmri mütləq tələbdir?

    05 Oktyabr 202608:53

    Hamiləliyə və doğuma görə müavinətin misalla izahı (YENİ QAYDA)

    Populyar məqalələr

    14 Sentyabr 202617:54

    Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir - 30 faiz tələbi müəyyən edildi

    02 Oktyabr 202614:08

    Prezidentdən minimum əməkhaqqının artırılması ilə bağlı göstəriş

    09 Sentyabr 202611:01

    Saxta xəstəlik sənədləri əsasında müavinət ödənişləri: cinayət işi açılıb

    08 Sentyabr 202609:29

    İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması zamanı sonuncu əməkhaqqı müqayisəsi həyata keçirilməlidirmi?

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    SƏTƏM mütəxəssisi ilə bağlı işçi sayına görə hansı tələblər müəyyən edilib?.

    • 06 Oktyabr 2026

    Təlimlər

    “MKS Academy” tərəfindən 2026-cı ilin sentyabr ayında keçirilmiş təlimlərin iştirakçıları haqqında məlumat.

    • 06 Oktyabr 2026

    Məqalələr

    Əmək müqaviləsinin bağlanması zamanı işə qəbul əmri mütləq tələbdir?.

    • 06 Oktyabr 2026

    Məqalələr

    Hamiləliyə və doğuma görə müavinətin misalla izahı (YENİ QAYDA).

    • 05 Oktyabr 2026

    Sosial

    Prezidentdən minimum əməkhaqqının artırılması ilə bağlı göstəriş.

    • 02 Oktyabr 2026

    Məqalələr

    İş vaxtının cəmlənmiş uçotu və növbəli iş rejimində istirahət günü üzrə əməkhaqqı necə hesablanır? (Misallarla izah).

    • 02 Oktyabr 2026

    Məqalələr

    İş ilinin ilk yarısında işçinin staja görə əlavə məzuniyyət hüququ yaranırsa, hesablama necə həyata keçirilir?.

    • 01 Oktyabr 2026

    Məqalələr

    Məzuniyyət dövrü bayram gününə təsadüf edirsə, uzadılma necə olacaq? (Misallarla izah).

    • 30 Sentyabr 2026

    Məqalələr

    İntizam tənbehinin verilməsi zamanı nələr gözlənilməlidir?.

    • 29 Sentyabr 2026

    Məqalələr

    Xəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu?.

    • 28 Sentyabr 2026

    Məqalələr

    Dövlət Əmək Müfətişliyi Xidməti son vaxtlar hansı pozuntulara görə cərimələr tətbiq edir?.

    • 28 Sentyabr 2026

    Məqalələr

    İş vaxtının cəmlənmiş uçotunda əməkhaqqı necə hesablanır? (MİSALLARLA İZAH).

    • 25 Sentyabr 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur