Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Əmək məzuniyyəti dövründə əmək qabiliyyətini itirən işçinin xəstəlik vərəqəsi qəbul edilir?

  • Əsas səhifə
  • Təlimlər
  • 0 Komment
  • 19 İyun 2023

Əmək məzuniyyəti dövründə əmək qabiliyyətini itirən işçinin xəstəlik vərəqəsi qəbul edilir?

Satışı  yekunlaşmaqda olan “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Təcrübədə rast gəlinən halların biri də, işçinin əmək məzuniyyəti dövründə əmək qabiliyyətini itirməsidir. Bu məsələ ilə bağlı iki fərqli fikir mövcuddur. Bir qrup mütəxəssis hesab edir ki, işçi məzuniyyət dövründə əmək qabiliyyətini itirərsə, mütləq əmək məzuniyyətinin müddəti həmin dövr qədər uzadılmalıdır. Çünki işçi həmin dövrdə məzuniyyət hüququndan istifadə edə bilməyib.
İkinci qrup mütəxəssis isə belə hesab edir ki, işçinin məzuniyyət dövründə əmək qabiliyyətini itirməsi işçinin əmək funksiyasının həyata keçirmədiyi dövrdə baş verdiyi üçün, işəgötürən əmək məzuniyyətinin vaxtının uzadılması məsələsində məcburi yox, könüllü qərar verir.
Məsələ ilə bağlı Mks.az saytının sualına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin verdiyi rəsmi cavab məktubunu təqdim edirik: “Bildiririk ki, işçinin növbəti məzuniyyət (əsas və əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Məcburi Dövlət Sığorta ödəmələrinin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 15 sentyabr 1998-ci il tarixli, 189 saylı Qərarının 12-ci maddəsinə uyğun olaraq təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən hesablanaraq ödənilir. Bu zaman işçinin istifadə etmədiyi məzuniyyəti xəstəlik vərəqəsində göstərilən müddət qədər Əmək Məcəlləsinin 134-cü maddəsinin tələblərinə müvafiq olaraq işçinin təşəbbüsü ilə başqa vaxta keçirilə bilər”.
Qaydalar və Əmək Məcəlləsindən belə aydın olur ki, əmək məzuniyyəti zamanı əmək qabiliyyətinin itirilməsinə görə müavinət birmənalı olaraq ödənilməlidir. Həmin dövr qədər məzuniyyət müddətinin uzadıılması və ya başqa tarixə keçirilməsi isə artıq işçi və işəgötürən arasındakı razılaşmaya uyğun həyata keçirir. 
Mİsal  “A” MMC-nin işçisi 21 yanvar 2022-ci il tarixdən 10 fevral 2022-ci il tarixə kimi əmək məzuniyyətinə çıxıb. İşçi 25 yanvar 2022-ci il tarixdə əmək qabiliyyətini 14 günlük itirib. İşçi 1 fevral 2022-ci il tarixdə işə gələrək sənəd təqdim edir ki, 1əmək qabiliyyətini 14 günlük itirdiyinə görə 11 fevral 2022-ci il tarixdə yox, 25 fevral 2022-ci il tarixdə işə çıxa bilər. Beləliklə, işçi əmək qabiliyyətini itirdiyinə görə istifadə etmədiyi 14 günlük məzuniyyətdən həm tarixlərdə faydalanacaq.
Misalımızın davamına baxaq. Əgər işçi əmək qabiliyyətini 5 fevral 2022-ci il tarixdə 10 günlük itirsə, bu halda işə başlama tarixi 11 fevral 2022-ci il olmayacaq. İşəgötürən xəstəlik vərəqəsi təqdim edən işçinin sağalmasını gözləməyə borcludur.
 Maraqlıdır, hansı məzuniyyət dövrü üçün işçiyə əmək qabiliyyətini itirməsinə görə ödəniş olunmur.
İşçiyə bütün məzuniyyət dövlərində əmək qabiliyyətini itirməsinə görə müavinət hesablanılmır. Əsasnamədə konkret qeyd edilir ki, əmək haqqı saxlanılmadan verilən və ya uşağa qulluq etməkdən ötrü təqdim edilən məzuniyyətlər zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir. Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi əmək haqqı saxlanılmadan məzuniyyətdən və yaxud uşağa qulluq edilməsinə görə məzuniyyətdən sonra da davam edərsə, onda müavinət işçinin işə başlamalı olduğu gündən ümumi qayda üzrə verilir.
Mİsal. 3 yaşa qədər uşağa qulluq etmək üçün analıq məzuniyyətinə çıxan işçi həmin dövrdə 20 günlük əmək qabiliyyətini itirir. Bu zaman həmin işçi xəstəlik vərəqəsi təqdim etsə belə, işəgötürən ona müavinət hesablamayacaq. 
Misalın davamı olaraq hesab edək ki, işçi sosial məzuniyyətdən 15 fevral 2022-ci ildə qayıtmalıdır. Əgər işçi 13 fevral  2022-ci ildən 20 günlük əmək qabiliyyətini itirərəsə, bu halda 15 fevral 2022-ci ildən sonraki 18 təqvim günə düşən iş günləri üçün müavinət hesablanmalıdır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  (satışı yalnız kitabxanalar vasitəsiylə həyata keçirlə bilər)

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 (satışı yalnız kitabxanalar vasitəsiylə həyata keçirlə bilər)

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    17 Mart 202613:00

    Məzuniyyət zamanı niyə həmişə “sonuncu əmək haqqı” anlayışı tətbiq edilməlidir?

    17 Mart 202608:45

    Çalışmanın yaş həddi ilə bağlı müddətin uzadılması prosesi necə həyata keçirilməlidir?

    16 Mart 202613:24

    RƏSMİ MÖVQE: Məzuniyyət vaxtı üçün orta əmək haqqı sonuncu əmək haqqı ilə necə müqayisə edilməlidr?

    16 Mart 202610:46

    İşçi tam ayı işləmədikdə kompensasiya necə hesablanmalıdır?

    Populyar məqalələr

    19 Fevral 202623:55

    Konstitusiya Məhkəməsi-nin QƏRARI: Əmək müqaviləsinə xitam zamanı istifadə edilməmiş məzuniyyətə görə kompensasiya fərqli qaydada hesablanmalıdır

    16 Mart 202613:24

    RƏSMİ MÖVQE: Məzuniyyət vaxtı üçün orta əmək haqqı sonuncu əmək haqqı ilə necə müqayisə edilməlidr?

    12 Mart 202616:24

    ƏMAS altsistemində YENİLİK! “Tarif (vəzifə) maaşı” fərqli bölmədən daxil ediləcək

    16 Mart 202610:46

    İşçi tam ayı işləmədikdə kompensasiya necə hesablanmalıdır?

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    Məzuniyyət zamanı niyə həmişə “sonuncu əmək haqqı” anlayışı tətbiq edilməlidir?.

    • 17 Mart 2026

    Məqalələr

    Çalışmanın yaş həddi ilə bağlı müddətin uzadılması prosesi necə həyata keçirilməlidir?.

    • 17 Mart 2026

    Məqalələr

    RƏSMİ MÖVQE: Məzuniyyət vaxtı üçün orta əmək haqqı sonuncu əmək haqqı ilə necə müqayisə edilməlidr?.

    • 16 Mart 2026

    Məqalələr

    İşçi tam ayı işləmədikdə kompensasiya necə hesablanmalıdır?.

    • 16 Mart 2026

    Sosial

    ƏMAS altsistemində yeni funksionallıq: Ştat cədvəlində vəzifə (tarif) maaşı da əlavə ediləcək.

    • 13 Mart 2026

    Məqalələr

    Sonuncu əmək haqqı ilə məzuniyyət haqqının müqayisəsi necə aparılmalıdır? (Misal üzərindən izah).

    • 13 Mart 2026

    Məqalələr

    ƏMAS altsistemində YENİLİK! “Tarif (vəzifə) maaşı” fərqli bölmədən daxil ediləcək.

    • 12 Mart 2026

    Maliyyə

    RƏSMİ! Peşəkar mühasib sertifikatı (I və II mərhələ) üzrə imtahanların keçirilmə vaxtı açıqlanıb.

    • 11 Mart 2026

    Məqalələr

    Distant iş hansı işçilərə tətbiq olunacaq? (5 Misalla izah).

    • 11 Mart 2026

    Məqalələr

    Altay Cəfərovun təqdimatında: İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı.

    • 10 Mart 2026

    Məqalələr

    Təcrübə keçən təhsilalanlarla mütləq əmək müqaviləsi bağlanmalıdır? (4 VACİB MƏQAM).

    • 10 Mart 2026

    Məqalələr

    Hansı halda 14 gündən çox müddət üçün müavinət məbləği işəgötürən tərəfindən ödəniləcək? (Misalla izah).

    • 10 Mart 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur