Mks.az-dan mühasiblər üçün ikinci tematik təlim: “Gəlirdən çıxılan xərclərin hesablanmasında nəzərə alınacaq VACİB MƏQAMLAR”
Diqqət: Yer məhdudiyyəti ilə bağlı problem həll olundu, təlim daha geniş məkanda keçiriləcəyindən iştirakçı sayı artırıldı!
Müzakirəyə çıxarılacaq sualların siyahısı
- Vergi ödəyicinin qeyri-sahibkarlıq fəaliyyəti üzrə yaranan icbari ödənişlər (gəlir vergisi, əmlak vergisi, sosial ayırma və s.) gəlirdən çıxılan xərclərə aid edilə bilər?
- Vergi ödəyicisinin malları xarab və ya əskik gəldiyi halda, həmin malların dəyəri gəlirdən çıxılan xərclərdə qeyd edilir?
- İşçiyə ödənilən ezamiyyə xərci normadan artıq olduqda, işçinin gəliri kimi nəzərə alındığı üçün gəlirdən çıxılan xərclərə aid edilir?
- Vergi ödəyici tərəfindən bonus şirkətləri (Umico və s.) vasitəsiylə vətəndaşa qaytarılan məbləğin hansı hissəsi gəlirdən çıxılan xərclərə şamil edilməlidir?
- ƏDV ödəyicisinin Vergi Məcəlləsinin tələblərinə uyğun ödənişləri həyata keçirmədiyi üçün Əvəzləşdirilməyən ƏDV məbləğləri gəlirdən çıxılan xərclərə aid edilməlidir?
- Kiçik və mikro sahibkarlıq subyektləri tərəfindən normadan artıq amortizasiya tətbiq etdikdə, gəlidən çıxılan xərclər və əsas vəsaitlərin qalıq dəyəri necə müəyyənləşdirilməlidir?
- Biznes kartı və ya nağd formada həyata keçirilən ödənişlər vasitəsiylə yaranan xərclər hansı hallarda gəlirdən çixılan xərclərə şamil edilir?
- Təsisçilərlə bağlanan borc müqaviləsinə əsasən, hesablanan faiz ödənişləri gəlirdən çıxılan xərclərə aid edilməlidir?
- Sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayaraq, qeyri-rezident şəxslərə hesablanan məbləğ və onun ƏDV-si gəlirdən çıxılan xərclərə aid edilməlidir?
- YAŞAT fonduna ödənilən məbləğlərin gəlirdən çıxılan xərclərə şamil edilir?
- İşçiyə ödənilən mükafat (satışa görə, bayram və s.) hansı hallarda gəlirdən çıxılan xərclərə aid edilməlidir?
- Gəlir və xərclərin uçotunun aparılması ilə bağlı sənədləşmə prosesi necə həyata keçirilməlidir?
- Hansı xərclər “ümidsiz borc” kimi qəbul edilir?
- İcarəyə götürülən ofisin kommunal xərclərinin gəlirdən çıxılan xərc kimi tanınması bağlı hansı prosedurlar həyata keçirilməlidir?
- İcarəyə götürülən obyektin təmir xərci hansı qaydada gəlirdən çıxıla bilər?
- İlkin uçot sənədi olmayan malların gələcəkdə təqdim olunduğu halda, həmin malların dəyəri hansı hallarda gəlirdən çıxılan xərclərə aid edilir?
- Vergi ödəyicisinin gəlirdən çıxılmasına icazə verilməyən xərcləri vergi orqanına bəyan edilməlidir?
- Vergi ödəyicisi kassa metodundan hesablama metoduna keçdikdə, yaranan fərqlər necə nəzərə alınmalıdır?
- Vergi ödəyicisinin nəqliyyat vasitəsinə xarici ölkədə təmir xidmət göstərilərsə, qeyri-rezidentin göstərdiyi xidmət haqqı gəlirdən çıxılan xərclərə aid edilir?
- Vergi ödəyicisi sosial şəbəkələr (Facebook, Instagram və s.) üzərindən həyata keçirdiyi xidmətlər üzrə məbləğləri gəlirdən çıxılan xərcləri ilkin uçot sənədləri olmadan gəlirdən çıxılan xərclərə aid edə bilər?
Təlimin başlanma tarixi: 25 sentyabr 2021-ci il, saat 15:00
Təlimin bitmə vaxti: Mövzu üzrə iştirakçıların son sualları cavablandırılana qədər
Birinci hissə: Mövzu üzrə təqdimat
İkinci hissə: Mövzu üzrə sualların cavablandırılması
Ödəniş üsulu: Nağd və ya nağdsız formada (iştirakçı vergi ödəyicisi olduğu halda müvafiq sənədləşmələr (müqavilə, hesab-faktura, elektron qaimə-faktura və s.) aparılır)
Məlumat almaq və xidmətdən faydalanmaq üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
Devimizə sadiqik: Öyrətmək savab, öyrənmək qazancdır!
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın