İşçinin məzuniyyətdən geri qaytarılması necə rəsmiləşdirilir? (Nümünəvi forma)
Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə
Baş mühasibin razılıq ərizəsi alındıqdan sonra Kadrlarla iş şöbəsi baş mühasibin əmək məzuniyyətindən geri çağırılması ilə bağlı əmrin layihəsini hazırlayaraq “Alov” MMC-nin direktoruna təqdim edir. Əmrin nümunəvi formasını növbəti səhifədə təqdim edirik:
Blank “Alov” MMC
ƏMR
№________
Mingəçevir şəhəri ____ ___________________2019-cu il
Baş mühasibin əmək məzuniyyətindən geri çağırılması haqqında
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 137-ci maddəsini və baş mühasib Səlimova Sultanə Sahib qızının ___ ________2019-cu il tarixli razılıq ərizəsini rəhbər tutaraq
ƏMR EDİRƏM:
- Baş mühasib Səlimova Sultanə Sahib qızı əmək məzuniyyətindən geri çağırılsın və 13 iyun 2019-cu il tarixindən işə başlasın.
- İşçinin istifadə olunmamış 10 (on) təqvim günü məzuniyyəti 12 oktyabr 2019-cu il tarixindən 22 oktyabr 2019-cu il tarixinədək olan dövrdə verilsin.
- İşçiyə işə çıxdığı tarixdən əmək haqqı hesablanılsın və istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği iyun ayının əmək haqqından tutulsun.
- Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızı ____ ________2019-cu il tarixli, _____№-li əmrlə təsdiq edilmiş əmək məzuniyyətlərinin növbəlilik qrafikində işçinin əmək məzuniyyəti ilə bağlı müvafiq dəyişikliyi həyata keçirsin.
- Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.
Direktor _______ Nəbili N.N.
Əmrlə tanış oldum:
__________ Səlimova S.S.
Tarix: ________
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın