İşçi öz vəzifəsinin deyil, boş vəzifənin funksiyalarını həyata keçirərsə, onun əmək haqqı necə hesablanır?

İşçi öz vəzifəsinin deyil, boş vəzifənin funksiyalarını həyata keçirərsə, onun əmək haqqı necə hesablanır?

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: Xahiş edirəm bu sualımı cavablandırasınız: Əmək Məcəlləsinin 6-ci maddəsinin 2-ci hissəsində qeyd olunub ki, əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirərsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının yarısından az olmamaq şərti ilə, ona əlavə əmək haqqı ödənilməlidir.
Bu cümlədəki "əgər" sözünü əsas görürərək işçinin öz vəzifəsini deyil, sadəcə boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirməsi və sadəcə həmin boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqını alması mümkündürmü? Ümumiyyətlə, belə bir əmrin verilməsi hər hansı bir məsuliyyətə səbəb ola bilərmi?
Sadiq Mirzəyev

Cavab: Oxşar sualları əvvəllər cavablandırmışıq. Yenə də baxaq.
Maddə 61. Başqa işçinin əmək funksiyasının icrası
1. Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir.
2. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir.
Sualın cavabını özünüz vermisiniz, “əgər” sözü artıq həm özünün, həm boş iş yerinin vəzifələrinin yerinə yetirilməsini bildirir və cümlənin sonundan da açıqlanır ki, əlavə 50% verilməlidir. Yəni, ancaq “50% verilməlidir” yazılmayıb. Sualda bildirdiyiniz kimi əmrin verilməsini və ödənişin edilməsini tövsiyə etmirəm.

 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

1 Komment

  1. Rəsul 11 Dekabr 2020

    İşçi oktyabr 2020 çi ilde mezuniyyetden qayıdandan sonra dekabr ayının 5-de vefat etmişdír.ona son haqq hesab neçe ódenilmelidir

Şərh yazın

Xəbərlər