Ödənişsiz və əmək məzuniyyəti ilə bağlı sualların cavabı

Ödənişsiz və əmək məzuniyyəti ilə bağlı sualların cavabı

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: Salam.zəhmət olmasa mənə yazardız.işçiyə 1 ay müddətində ödənişsiz məzuniyyət verilə bilər?.2 ci sualım.əgər işçi 2017 ci il martın 3 də işə giribsə əmr belə verilə bilər? Yəni srntyabrda 03 .03 2017 ci ildən 03.03 .2018 ci ilə kimi olan iş ili üçün 10 sentyabr 2018 ci ildən əmək məzuniyyətinə buraxılsın .xahiş edirəm cavablandırasız

Ləman Səlimova

 Cavab:  Sualınıza cavab olaraq, Əmək Məcələsinin 129-cu maddəsinə diqqət yetirək:

 Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri

  1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və yatərəflərin qarşılıqlı razılığı ilə verilir.
  2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraqtərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

 Maddədən aydın olur ki,  işçiyə bir aylıq ödənişsiz əmək məzuniyyəti verilə bilər.

 İkinci sualla bağlı yenə də əmək məcəlləsinin 113-cü maddəsini nəzərdən keçirəciyik:

Maddə 113. Əmək məzuniyyəti və onun verildiyi iş ili

....................................

  1. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır.

Buradan da görünür ki, əmək məzuniyyəti üçün iş ili kimi işinin işə daxil olduğu 03.03.2017-ci ildə başlayır və 03.03.2018-ci ildə birinci iş ili başa çatır.

Həmçinin, Əmək Məcəllənin 134-cü madəsində də yazılmışdır.

Maddə 134. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydası

  1. Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər.
  2. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə əmək məzuniyyətinin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir.

Bu haqda da “Əmək Münasibətləri A-dan Z-yə” kitabında açıqlamalar verilib. Əsaslandırmış səbəblər olduğu halda, 03.03.2017-03.03.2018-ci iş ili üçün olan əmək məzuniyyətini 10.09.2018-ci ildə vermək olar.

Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

 

17 Komment

  1. Abbasov Anar Rasim oğlu 25 Fevral 2019

    Qismən ödənişli sosial məzuniyyətdən işçi qayıtdıqdan sonra 4 ay işləmiş və əmək məzuniyyətinə çıxmışdır, bu halda əmək məzuniyyəti necə hesablanır son 12 ay götürülür yoxsa 4 ay?

  2. Firidun 21 Mart 2020

    Salam mezuniyyet varsa eğer.....işçi odenissize cixa bilermi?

  3. Həsənova Siyatel 02 İyun 2020

    Hörmətli Altay müəllim , pandemiya iləəlaqədar olaraq işçilərin məzuniyyətə getməsi əmri necə yazılır, ödənişsiz və ödənişli məzuniyyət

  4. Vuqar 01 Sentyabr 2020

    Salam necesiz?Bilmek isteyirem menim mexuniyyetim senytabr ayi ucun nezerde tutulub.Men onu novbeti ile yeni 2021 ci ile kecirde bilerem eger novbeti ile kecirmek olursa ne etmeliyem.Onceden Tesekkurler.

  5. Shebnem 11 Noyabr 2020

    salam bele bir sual var.mektebde katibe vezifesinde calisiram.hal hazirda analiq mezuniyyetindeyem .1 defe 2016 ci ilde oz hesabima 6 ayliq mezuniyyet goturmusem.3 illik analiq mezuniyyetinin vaxt bitdiyine gore ise cixmsliyam men yeniden oz hesabima mezuniyyet goture bilerem yoxsa 1 defe goturmusem deye mene dusmur mezuniyyet?ve yaxuda usaga baxmaga gore 1 illik mezuniyyeti mene vermeye bilerlermi elimde poliklinika arayasi var

  6. Zulfiyye 20 Noyabr 2020

    Salam.menim sualim budur ki men hazirda usagimin 3 yasi bitmesine baxmayaraq ,ozhesabima mezuniyyetdeyem.Men ozhesabima mezuniyyetden a naliq mezuniyyetine cixa bileremmi?ve cixdiqda muavinet alacagam ya yox?

  7. Rehman 01 Dekabr 2020

    Salam, işçi oz hesabina ödenişsiz mezuniyyete getdikde ve mezuniyyet vaxti bitdikde ise götüren terefinden ise qaytarilmadiqda, sebeb ise (isimiz yoxdu deyirler,isimiz olanda çağıracağiq) Bu halda ne etmeliyik?

  8. Nəzakət 31 İyul 2021

    Salam meni 12 ildir ki mecburi məzuniyyətə göndəriblər ve heç ödəmələr olmayıb,indide müəssisənin ləğvi görə mənə xəbər gəlib ki qəlib əmək kitabçami götürüm,mən neyləyim ve hara müraciət edib?

  9. Təbriz 12 Avqust 2021

    Salam.restorann sisteminde isleyirem .ozel sektordu.ve hal hazirda emek mezuniyyetim yoxdur.saglamligimda problem yaranib.oldugca yuksek allergiyam var.men muduriyyetden mezuniyyet telebb ede biletemmi? Ede bilerrmse nece muddet ? Zehmet olmasa cavabliyardizb

  10. Vusal 13 Avqust 2021

    Salam.men birinci ilin mezuniyyet haqqini almisam.ikinci ilin mezuniyyetini en tez nece aydan sonra goture bilerem?yeni emek mecellesinde hansisa maddede qeyd olunub isci ikinci ilin mezuniiyyetini minimum 6 aydan sonra tam goture biler?

  11. Ramilə 07 Dekabr 2021

    şirkət işçilərin neçə faizini ödənişsiz əmək məzuniyyətinə çıxara biər?

  12. Salmanova Naibe 02 Mart 2022

    İsci odenişsiz mezuniyyet dövründe xestelenibse ona xestelelik vereqesi nece hesablanır?

  13. Nigar 19 Mart 2022

    Salam.Menim analiq mezuniyyetim 29 martda bitir artiq martin 30 men ise cixmaliyam. hekimden sened almaq isteyirem usaq 4 yasina catana kimi qulluga gore 1 illik oz hesabima cixmaq isteyirem.Men senedi ayin 30 teqdim etmeliyem islediyim yere?yeni tarix 29 yazilmalidi ya 30?

  14. Gunel 06 Oktyabr 2022

    Salam…Men 03.10.2022 ilde 6 ayliq oz hesabima odenissiz mezuniyyet goturmusem…men bilmek isteyirem ki,7 aydan sonra men analiq mezuniyyetine cixanda (dekret puluna nese tesiri var?)

  15. [email protected] 15 Oktyabr 2022

    Salam öz hesabıma ödənişsiz məzuniyyət necə ay müddətinə verilir

  16. Ayxan 02 Noyabr 2022

    Salam is yoldasim emek mezuniyyetine cixir aradaki maas ferqi menim emek haqqima elave edilmelidir?

  17. Sevinc 21 Dekabr 2022

    Salam .Men 6 ayliq öz hesabima ödenişsiz mezuniyyete cixmisam.6 ayım tamam oldu .Amma işe qayida bilmirem cünki sehetimle bağlı Almaniyadayam qayida bilmirem.Ne ede bilerem .isdende cixmaq istemirem . Xahis edirem bunun bir yolu var yeniden uzadım öz heszbıma 6 ay Almaniyada ola ola ?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər