Altay Cəfərovdan 6 aydan az işləmiş işçinin məzuniyyətə çıxması bağlı FƏRQLİ MÖVQE

Altay Cəfərovdan 6 aydan az işləmiş işçinin məzuniyyətə çıxması bağlı FƏRQLİ MÖVQE

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun məsələ ilə bağlı daha bir əsaslandırması

Sual: Salam hörmətli, MKS.az saytı əməkdaşları. Əmək məzuniyyətindən istifadə ilə bağlı qoyulan suala verilən cavabla bağlı sualım var. Ekpertin istinad etdiyi maddə (131) işəgötürənə heç bir qadağanı nəzərdə tutmadığı halda, niyə işəgötürənin razılığı olduğu halda işçi daha erkən məzuniyyət istifadə etməsin ki? 6 ay işçiyə huquq verir və işçi belə bir tələbdə buluna bilər deməkdir. Alti ayadək məzuniyyətin verilməsini qadağan edən bir mənbə varmı? Həm əgər işəgötürən belə bir addım atıbsa, deyək ki, 3-cü ayda işçiyə məzuniyyətə getməyə razılıq veribsə, hansı maddənin tələbini pozmuş olur ki? Bunu mən belə, belə başa düşürəm. Əmək haqqını tam və vaxtında almaq işçinin hüququdur. Bu o demək deyil ki, işçiyə əmək haqqı daha tez və əlavə bonus verilə bilməz. Xahiş edirəm, cavabınızı daha ətraflı əsaslandırasınız ki, səhv edirəmsə, bilim. Təşəkkürlər.

Zəruri qeyd: Bu məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəsmi məktubda qeyd edilən mövqeyi: "Əmək Məcəlləsinin 131-ci maddəsinə əsasən ilk işi ili üçün 6 ay tamam olduqdan sonra əmək məzuniyyətindən istifadə etmək ilə bağlı DƏMX-ə edilmiş sorğunun cavabı nəhayətki, mənə catdı. Deməli, Əmək məcəlləsinin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, İLK İŞ İLİ ÜÇÜN 6 AYDAN TEZ ƏMƏK MƏZUNİYYƏTİNDƏN İSTİFADƏ ETMƏK OLAR VƏ BUNA GÖRƏ İŞƏGÖTÜRƏN İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNƏ ƏSASƏN HƏR HANSI BİR MƏSULİYYƏTƏ CƏLB OLUNA BILMƏZ."  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövqeyi ilə bağlı link

Cavab: Bu məsələ ilə bağlı bizə son zamanlar çoxlu müraciətlər olur, eyni zamanda sosial şəbəkələrdə də müzakirələr aparılır, açıqlamalar verilir. Bu, çox yaxşı haldır, çünki müxtəlif fikirlər, müzakirələr fikir ayrılıqlarının aradan qalxmasına yardım edir.
Məsələyə yenə də başqa nöqtədən yanaşaq. Sual meydana çıxır ki, əgər işəgötürən siz qeyd etdiyiniz kimi 2 ay işləyib məzuniyyət tələb edən işçinin heç bir məhduddiyyət qoyulmadan məzuniyyətini təmin edirsə, onda Məcəllənin 131-ci maddəsinin 1, 2, 3-cü bəndləri nəyə lazımdır? Bu bəndlərdə 6 ay məsələsi əks olunub və bu müddət nəzərə alınmayacaqdırsa, onda həmin bəndlərin qanunvericiliyə daxil edilməsinə ehtiyac qalmazdı. Əlbəttə, bunlar mənim şəxsi fikirlərimdir.
Məsələyə digər bir baxış bucağından baxaq. 131-ci maddənin birinci bəndinə əsasən işçinin  məzuniyyət hüququ ancaq 6 ay işlədikdən sonra yaranır və işçi bu müddətdən tez əmək məzuniyyətindən isitifadə olunmasını istəyirsə, artıq bu, Məcəllənin tələblərinin pozulmasıdır. İşəgötürən isə belə məzuniyyəti təmin edirsə, artıq bu pozuntuya şərait yaradan şəxs kimi çıxış edir.
Düzdür, qanunvericilikdə belə pozuntulara görə inzibati cərimələr nəzərdə tutulmayıb, amma fikirləşirəm ki, 6 aydan tez əmək məzuniyyətinin verilməsi işəgötürənləri düzgün istiqamətə yönəltmir və Məcəllənin tələbləri pozulur.

 “Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

2 Komment

  1. Novruz 07 Dekabr 2020

    Yeni müeessede işliyen işçi 6 ayı tamam olmuyubsa ona mukafat düşür?

  2. Leyla 26 Dekabr 2020

    Salam. Sualim Sizin qısa müddətdə işləmiş işçilərin işdən azad olunması zamanı əmək məzuniyyətinin kompensasiyasi ile baglidir. Men çalışdığım müəssisədə belə hallarla tez tez rastlaşırıq.əmək nazirliyi ilə əlaqə saxlamışıq deyilib ki işçi hansı müddətə işləsə ona istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya ödənilməlidir.məbləği isə işlədiyi müddət üçün hesablaman əmək haqqı və ya əmək müqaviləsindəki əmək haqqıya görə hesablayıb ödənək lazımdır. Məsələni bir daha şərh rtməyinizi xahiş edirəm.

Şərh yazın

Xəbərlər