Məzuniyyət hüququ yaranmayan işçiyə kompensasiya verilir?

Məzuniyyət hüququ yaranmayan işçiyə kompensasiya verilir?

"Əmək Qanunvericiliyi Toplusu və Şərhlər 2018" kitabından seçmə

Sual: Tam 6 ay işləməmiş işçiyə işdən azad olunduğu halda istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya verilməlidir? Əgər verilməlidirsə, bu, necə hesablanmalıdır?

Cavab: Əmək Məcəlləsinin 110-cu maddəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Əmək Məcəlləsinin 131-ci maddəsində isə qeyd edilib ki, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.  

Bəzi həmkarlarımız bu maddələrdən belə qənaətə gəlirlər ki, 6 aydan tez işdən çıxan işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanmır. Ancaq bu doğru deyil, işçiyə son haqq-hesab hesablanarkən, ona  işlədiyi dövrə uyğun istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilməlidir.

Bu, aşağıdakı qayda ilə həyata keçirilməlidir. Tutaq ki, işçinin 30 günlük əmək məzuniyyəti hüququ var, amma o, ilk iş ilinin 6-cı ayında işdən çıxıb. Bu zaman işçiyə 15 günlük (30gün x 6 ay/12ay) məzuniyyətə görə kompensasiya ödənilməlidir.

 “Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

 Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

3 Komment

  1. Ramin 23 Aprel 2019

    İşçi 13.03.2019 da evezcilik muqavilesi ile ise duzelib. 30.04.2019 da azad edilib. Hemin isciye son haqq hesablanarken orta ay nece goturulur? nece gun son haqq hesab gunu dusur? Əvvəcədən təşəkkürümü bildirirəm.

  2. Şəfəq 09 Oktyabr 2019

    Salam. İşci 11 sentyabr 2019-cu il tarixində işə daxil olub. Lakin 1 ay tam olmamış öz xahişi ilə 09 oktyabr 2019-cu ildə işdən cıxıb. Ona son haqq hesab ödənilirmi? və necə gün?

  3. Solmaz 04 Avqust 2020

    İşçinin 11.02.2019-11.02.2020-ci iş ili dövrünə görə 34 təqvim günü istifadə olunmamış məzuniyyəti var. 2020-ci ilin sonuna qədər də məzuniyyətdən istifadə etmək istəmir. Əgər işçi məzuniyyətə getmək üçün ərizə yazmaqdan imtina edirsə,onda hansı halda işəgötürən onun məzuniyyətini rəsmiləşdirə bilər (işəgötürən onun məzuniyyətini növbəti ilə keçirtmək istəmir). Xahiş edirəm cavablandırasınız. Öncədən təşəkkürlər.

Şərh yazın

Xəbərlər