Fərqli hallara görə düşən əlavə məzuniyyətlər necə tənzimlənir?

Fərqli hallara görə düşən əlavə məzuniyyətlər necə tənzimlənir?

Mks.az saytının eskperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: Bir sual yarandı. Məsələn, işçidə 30 əsas, 4 gün is staji, 6 gün agır şərait, 2 gün uşağa görə məzuniyyət düşür, ərizə ilə işçi 32 gün məzuniyyət istəyir. Sıralanan hansı əlavə məzuniyyətlər verilməlidir?

Cavab: Sualı cavablandırmaq üçün Əmək Məcəlləsinin maddələrinə nəzər yetirək.

Maddə 117. Uşaqlı qadınların əlavə məzuniyyətləri

  1. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü….

Maddə 136. Əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənmə qaydası

  1. Bu Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət yalnız 115 və 116-cı maddələrlə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir.
  2. İşçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda, onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir.

Deməli, 4 gün və 6 gündən ən yüksək olanı verilməlidir. Odur ki, 136-cı maddəyə əsasən əmək məzuniyyətinin müddəti 36 gün (əsas 30 gün + 6 əlavə gün) müəyyənləşir. Ancaq əlavə məzuniyyətlərin 115-ci və 116-cı maddələrdə olanları əsas məzuniyyətə birləşdirilə bilər. Qalan əlavə məzuniyyətlər ayrıca verilməlidir. Siz 32 gün əmək məzuniyyəti götürə bilərsiniz, yerdə 4 gün qalacaq. Amma 2 gün uşağa görə əlavə məzuniyyəti 30 gün ilə birləşdirə və eyni ərizədə 30 gün əmək məzuniyyəti, 2 gün uşağa görə məzuniyyət kimi almaq olmaz. Bütün hallarda ardıcıl 32 gün kimi nəzərə alınır və bu da 136-cı maddəyə ziddir.

Altay Cəfərovun müəllifi olduğu “Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

3 Komment

  1. Turana Asadova 23 İyul 2018

    Salam, Əmək Məcəlləsinin 136-cı maddəsinin şərhi barədə Konstitusiya Məhkəməsinin qərarı var. Həmin qərarda qeyd edilir ki, 115 və 116-cı maddələrin hər ikisi də əsas məzuniyyətə birləşdirilir, lakin hər iki maddə üzrə olan əlavə məzuniyyətin ən çoxu götürülür (birləşdirilərək). Sizinlə razı deyiləm ki, işçiyə 4 gün staja görə, 6 gün də əmək şəraitinə görə əlavə məzuniyyət düşürsə, ona yalnız 6 gün verilir. Bu halda işçiyə 10 gün + 2 gün də uşağa görə əlavə məzuniyyət verilməlidir.

  2. Ramin 24 İyul 2018

    Mənim fikrimcə işçinin ümumilikdə 38 təqvim günü məzuniyyət hüququ var. 30 gün əsas, 6 gün əlavə, 2 gün uşağa görə. O ki qaldı ondan birdəfəlik istifadə etmək, 136-cı maddə deyir ki yalnız 115 və 116-cı maddədəki əlavə məzuniyyətlər əsas məzuniyyətlərə birləşdirilə bilər. Burda bir məqam var ki, əgər əsas və əlavə məzuniyyətlər işçinin hüququdursa demək işçi onu istədiyi vaxt istifadə etmək huququna malikdir. Məcəllənin tələbi isə belədir ki əsas məzuniyyətə 115-116 maddələrdə qeyd olunan əlavə məzuniyyətlər birləşdirilə bilər. Belə olan halda azyaşlı uşağa görə əlavə məzuniyyəti işçi nə vaxt istifadə edə bilər?

  3. Samir Hüseynov 27 İyul 2018

    Salam Altay müəllim, mks.az internet səhifəsi siz və digər əməkdaşların şəxsində əmək qanunvericiliyi ilə bağlı oxucuların maarifləndirilməsi istiqamətində olduca əhəmiyyətli işlər görür. Bunun müqabilində isə böyük oxucu kütləsi tərəfindən sizin şərhləriniz hazır həqiqət kimi qəbul edilib tətbiq olunur. Yaxşı olar ki, hüquq normalarının tətbiqi ilə bağlı sualları əmək hüququ sahəsində ixtisaslaşmış hüquqşünaslarınız cavablandırsın. Çünki bəzi suallara olduqca qeyri-peşəkar cavablar verilir. 114,115 və 136-cı maddələrin şərhinə dair Konstitusiya Məhkəməsinin qərarına istinad etməməyiniz və ya qərarı yanlış anlamağınız məni məyus etdi. Sualım isə belədir: Əmək Məcəlləsinin 113-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər. 136-cı maddənin 1-ci hissəsinə əsasən isə bu Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət, yalnız 115 və 116-cı maddələri ilə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir. Bu iki maddə arasında ziddiyət varmı, varsa bu maddələrdən hansı xüsusi, hansı ümumi normadır?

Şərh yazın

Xəbərlər