Analıq məzuniyyəti hesablanarkən mükafatla bağlı maraqlı məqamlar

Analıq məzuniyyəti hesablanarkən mükafatla bağlı maraqlı məqamlar

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: Salam. Sizə belə bir sualım olacaq. Hamiləliyə və doğuma görə müavinət hesablayarkən mükafatlar nəzərə alınmalıdırmı?

Misal: işçi 02.04.2018 tarixində hamiləliyə və döğuma görə xəstəlik vərqəsi gətirib. İşçi son 12 ay işlədiyi dövr 01.04.2017-02.04.2018-dir. Əmək haqqı ortalama 1000 manat olub ve 2018-ci ilin yanvar, fevral və mart aylarinda işçiyə cəmi 3000 manat mükafat yazılıb. Qeyd edim ki, yaxşı işlədiyinə və cəmiyyətə daha çox xeyir verildiyinə görə işçiyə əmək haqqından əlavə olaraq mükafat verilib.

DSMF-dən bildirirlər ki, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 30-cu bəndinə əsasən nəzərə almalısınız. İşçi  30-cu bəndin ikinci abzasını əsas tutur və deyir ki, mükafat ancaq əvvəlki ildəki olacaq, cari ildəki yox. Bəs işçinin son 12 ayı cari ilə düşsə, mükafatlar batır? Çox müəmmalıdır.
Mirseymur Qasımov

Cavab: Mükafatların gündəlik qazancın hesablanması məqsədilə nəzərə alınması həqiqətən adını çəkdiyiniz Əsasnamənin 30-cu maddəsilə tənzimlənir. Yəni, 30-cu maddə mükafatların paylanması qaydasıdır. Əvvəlcə baxaq, mükafatlar hansı formada ola bilər. Adətən, praktikada mükafatlar ilin nəticələrinə görə, rübün nəticələrinə görə verilə bilər. Bundan əlavə, həvəsləndirmə kimi birdəfəlik mükafatlar verilə bilər. Mükafatlar hansısa bir səbəbə görə işçilərə verilir. 30-cu madədə də bir neçə mükafatın verilməsi forması əks olunub. Həmin maddəyə görə də, sadə formada mükafatın verilməsi səbəbinin vaxtı əsas götürülür. Məsələn, ola bilsin ki, sizə əvvəlki ilin nəticələrinə görə mükafat cari ilin yanvar ayında verilib, bu zaman əvvəlki ilin 12 ayına bölünməlidir. Və ya ola bilsin ki, sizə birdəfəlik mükafat fevral ayında verilib - bunun konkret hansı ilə aid olduğu bilinmir - bu zaman əvvəlki ilin 12 ayı yox, fevraldan əvvəlki 12 aya bölünəcək. Odur ki, 30-cu maddədə olan müəyyən istisnaları çıxsaq, mükafat yuxarıdakı hal kimi 12 tam aya bölünür və hər ayın əmək haqqına əlavə olunur.

Sizin sualda baxmaq lazımdır ki, 3 ay dalbadal mükafatlar nədir, əgər  keçən ilin nəticələrinə görədirsə, onda əvvəlki ilin 12 ayına bölünəcək və aprel 2017-ci ildən dekabr 2017-ci ilə kimi olan 9 ayın əmək haqqına aybaay əlavə oluncaq. Yox, birdəfəlik mükafat kimi verilmişsə, onda 12 aya  bölüncək, ancaq yanvar, fevral və mart aylarının əmək haqqına əlavə olucaq. Bird aha qeyd edirəm ki, mükafatın səbəbinə dəqiq baxmaq lazımdır.

Altay Cəfərovun müəllifi olduğu “Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər