Analıq məzuniyyətli ilə bağlı maraqlı halın izahı

Analıq məzuniyyətli ilə bağlı maraqlı halın izahı

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: Salam, zəhmət olmasa, kömək edərdiz analıq məzuniyyətilə bağlı. İşçi analıq məzuniyyəti ilə bağlı bülleteni təqdim edib və məlum olub ki, doğuşdan əvvəlki müddəti ötüb. İndi necə edək ki, həmin dövrə hesablandığımız əmək haqqını geri almayaq, yoxsa analıq məzuniyyətinin müddətini uzatmalıyıq?

Cəmilə

Cavab: Analıq məzuniyyətinin müddəti uzadıla bilməz, yəni bu, bir təbii prosesdir. İşçi analıq məzuniyyətinə çıxmamışdan əvvəl xəstəlik vərəqəsini təqdim etməlidir. Əgər təqdim etməyibsə, onda belə çıxır ki, işçi işləyib və o əmək qabiliyyətli olub. Belə olan halda işçi əmək haqqı da almalıdır. Xəstəlik vərəqəsini sonradan, gec təqdim edibsə, hansı müddət üçün təqdim olunubsa, həmin dövr üçün də məzuniyyət haqqı alacaq. Əgər xəstəlik vərəqəsi 56 günə görə verilibsə, o müddət üçün müavinət alacaq. Geri tarixə xəstəlik vərəqəsi verilmir və təqdim olunmur.

Altay Cəfərovun müəllifi olduğu “Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

1 Komment

  1. Ulduz 25 İyul 2019

    Salam, bilmək istəyitdim ki , analuq məzuniyyəti vaxti yəni bullutenin acilma Vacti necə gun oncə məlumat verilməlidir? Cunki mən isliyerem ozel xedtexanada aeydiyyatdayam, işe cixdiqim gun məkumat verilir ki , bu gun iş gününüz deyil. Məzuniyyələr haqqinda qanunda qeyd olunbki işçi məzunyət haqüinda məlumatlanmalidir, dovlət xəstəxanalarinda 7 ay nəzərdə tutulub, p,əl xəstəxanalrda bu müddıt 8 ayda ola bilər, ki təcrubıdə görmüşəm, mən bu halla baqli nə edə bilərəm?

Şərh yazın

Xəbərlər