İşçinin əmək haqqısı həyat sığortasına qoşulduqda, müavinət ödənilmir?

İşçinin əmək haqqısı həyat sığortasına qoşulduqda, müavinət ödənilmir?

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: Salam. Mən iş yerimdə həyat sığortasına qoşulmuşam, indi isə bülletenə çıxacam. Mən necə xəstəlik müvainəti ala bilərəm? Bildiyim qədərilə DSMF-ə heç bir ödəniş edilmir. Bu halda mənə müavinət verilməli deyil. Yığım sığortasına tam əmək haqqı ilə qoşulmuşam, bundan əvvəl isə əmək haqqım qeyri-rəsmi olub.

Kamil Behbudov

Cavab: Sualınıza cavab vermək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 189 saylı Qərarına nəzər yetirməliyik.Qərarın 28-ci maddəsindən çıxarışı təqdim edirik.

Orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından aşağıdakı dövrə düşən iş günləri çıxılmalıdır:

- əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;

- hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü;

- uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü;

- məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər.

Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda qazanc məbləğinə daxil edilmir.

Sizin sualınızdan aydın olur ki, bütün əmək haqqını həyatın yığım sığortasına yönəltmisiniz. Vergi Məcəlləsinə və “Sosial siğorta haqqında” qanuna əsasən, bu məbləğlər vergiyə və M.S.S.H.-a cəlb olunmur. Belə olan halda yuxarıdakı qaydalara görə həmin dövr gündəlik qazancın hesablanılması üçün nəzərə alınmayacaq.

Yeri gəlmişkən bir məsələni də bildiririk ki, həmkarlarımız üçün lazımi olar. Analıq məzuniyyətində 12 ay əmək fəaliyyətiniz olmasa, gündəlik qazancınız başqa formada hesablanacaq . Sizin qeyd etdiyniz halda əmək fəaliyyəti olub amma M.S.S.H. hesablanmayan hallar var. Bu cür halda analıq məzuniyyəti hesablaması aparılır, amma məbləğ boş, dövr boşdur, yəni gündəlik qazanc yoxdur.

Altay Cəfərovun müəllifi olduğu “Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər