Məzuniyyətdə olan işçini rəhbər vəzifəyə təyin etmək qanunazidddir?

Məzuniyyətdə olan işçini rəhbər vəzifəyə təyin etmək qanunazidddir?

Mks.az saytının eksperti, sərbəst auditor  Altay Cəfərovun təqdimatında

Sual: Salam, məzuniyyətdə olan isçinin vəzifəsini dəyişmək olar? Yüksək vəzifəyə. Biz işçini 01.07/2018 tarixdən məzuniyyətə buraxmışıq, rəis tələb edir ki, onun yerinə başqa işçi götürək, onu isə şöbə rəisi təyin edir. Bunu hansı prosedurla etməliyik? Əmr, əmək müqaviləsinə dəyişiklik məzuniyyət dövründə olsa, sonra problem yaranmaz ?

Ramin

Cavab: Sualın cavabını Əmək Məcəlləsində axtarmalıyıq və cavabın doğru olması üçün bir neçə maddəyə nəzər yetirək, çalışaq ki, bu maddələri bir-biri ilə əlaqələndirək.
Maddə 54. Əmək şəraitinin təmin edilməsi
1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir:
• peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi;
• əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi;

Maddə 56. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi
....................
2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.
Maddə 59. Başqa işə keçirmə
İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir
Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar
1. İşəgötürən tərəfindən:
...........................
Məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Yuxarıdakı maddələrdən göründüyü kimi məzuniyyətdə olan işçinin əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunması qadağandır. Bundan əlavə, işəgötürənin vəzifəsi 54-cü maddəyə əsasən əmək şəraitinin təmin edilməsidir. İşçini başqa işə keçirmək üçün hökmən işçinin razılığı olmalıdır, əmək müqaviləsinə əlavələr edilməlidir və ya yeni müqavilə bağlanılmalıdır (baxmayaraq ki, daha yüksək vəzifəyə təyin edilir). Məzuniyyətdə olan işçinin başqa işə keçirilməsi ilə bağlı Məcəllədə konkret məhdudiyyətə rast gəlinmir. Amma qeyd olunduğu kimi işçi bu dəyişikliyə razılıq verməlidir, yeni razılıaşma bağlanmalıdır və ya yeni müqavilə hər iki tərəfdən imzalanmalıdır.
Amma burada belə sual meydana çıxır ki, yeni vəzifə yeni əmək haqqı, yeni funksiyalar və yeni öhdəliklər deməkdir və məzuniyyətdə olan işçi bunları necə yerinə yetirə bilər? Görünür ki, belə bir addım praktiki deyil. Bundan əlavə, mən şəxsən praktikada belə hallara rast gəlməmişəm. Həmişə belə olur ki, işçi məzuniyyətdən qayıdır və dəyişiklik bundan sonra icra edilir. Yaxşı olardı ki, siz dəyişikliyi işçi məzuniyyətdən qayıdandan sonra edəsiniz. Məzuniyyət işçinin istirahəti deməkdir və bu müddətdə işçi işdən tamamilə ayrılmalıdır.

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər