Məzuniyyət dövründə işçi əmək qabiliyyətini itirərsə məzuniyyətin taleyi necə olur? (RƏSMİ CAVAB)
“Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2018” kitabından seçmə
Sual : Məzuniyyət dövründə işçi əmək qabiliyyətini itirərsə, o zaman proseslər necə tənzimlənməlidir, bu zaman əmək qabiliyyətini itirməyə görə müavinət ödənilirsə, bəs istifadə olunmamış məzuniyyət müddəti necə olur?
Cavab: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyinin -nin rəsmi cavabında yazılır: "Bildiririk ki, işçinin növbəti məzuniyyət (əsas və əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Məcburi Dövlət Sığorta ödəmələrinin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 15 sentyabr 1998-ci il tarixli, 189 saylı Qərarının 12-ci maddəsinə uyğun olaraq təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən hesablanaraq ödənilir. Bu zaman işçinin istifadə etmədiyi məzuniyyəti xəstəlik vərəqəsində göstərilən müddət qədər Əmək Məcəlləsinin 134-cü maddəsinin tələblərinə müvafiq olaraq işçinin təşəbbüsü ilə başqa vaxta keçirilə bilər”.
Cavabın oxucularımıza daha aydın olması üçün məktubda qeyd edilən qərarın 12-ci maddəsindən və Əmək Məcəlləsinin 134-cü maddəsindən çıxarışları təqdim edirik:
“Məcburi Dövlət Sığorta ödəmələrinin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 15 sentyabr 1998-ci il tarixli, 189 saylı Qərarının 12-ci maddəsindən çıxarış
12. Növbəti məzuniyyət (əsas və yaxud əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən işçinin əmək qabiliyyətini itirdiyi iş günləri üçün verilir.
Əmək Məcəlləsindən çıxarış
Maddə 134. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydası
1. Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər.
2. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə əmək məzuniyyətinin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir.
3. İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda əmək məzuniyyəti başqa vaxta keçirilə bilər:
a) əmək qabiliyyəti müvəqqəti itirildikdə;
b) əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə;
c) işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə.
4. İşçiyə əmək məzuniyyətinin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda verilməsinin istehsalın, işin, xidmətlərin normal gedişinə xələl gətirə biləcəyi hallarda işəgötürənin təşəbbüsü və işçinin razılığı ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər.
5. Tərəflərin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin istifadə edilməyən hissəsi növbəti iş ili üçün verilən əmək məzuniyyəti ilə birləşdirilə bilər.
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.
Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA
15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),
8 MÖVZUDA ŞƏRHLƏR
(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)
Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
15 Komment
İsa 31 Avqust 2019
Salam Men mezuniyyete çlxmlşam .mezuniyyet pulunuda almlşam .Mezuniyyet bitmemiş xestelenmisem ve xestelik vereqesini aidiyatl üzre teqdim etmisem . Bilmek isteyirem mexunuyyet dövrune düsen xestelik pulunuda almaliyam .
Şebnem 05 Fevral 2020
Salam
[email protected] 28 İyun 2020
Salam 1 iyuldan 29 u iyula kimi mezuniyyetdeyem denizde isleyirem ve mezuniyyet emrim geldikdek sonra qeflden emeliyyat oldum ve bulleten acdirmaq isteyirem ki iyulun 3 den bulletende olum mezuniyyetim avqust ayina kecsin o zaman menim maasim ne qeder ola biler?
Kazım 06 Noyabr 2020
Salam.mən dəmiryolunda işləyirəm. Başqa xəstəxanada qəfldən əməliyyat oldum. Əməliyyat olduğum xəstəxanadan dəmiryol poliklinikasına nədən əməliyyat olduğumu vermişəm. Buna görə dəmiryol poliklinikası mənə buleten açmaq ixtiyarı varmı? Və neçə gün
RƏŞAD NƏZƏROV 21 Noyabr 2020
Salam men emeliyyat oldum 1 ay evde oldum amma şirket menim maasimi vermedi dedilerki dövlət tərəfindən odenilmelidir artiq 4 aydi men 1 ayliq maasimi ala bilmirem...nece edim kime şikayetimi edim zehmet olmasa melumat vererdiz
Emil Rehimli 16 Fevral 2021
Salam.men muallimayam.nece mudder mezuniyyetde oldugdan sonra isden cixarilma tehlukesi var?xahis edirem cavablandirasiz.
Məmmədova Sevinc Tiflis 06 Mart 2021
Agdam rayon 39 nömreli orta mektebde psixoloq vəzifəsində işləyirəm.Son 1 ilin maaşi deyişmeden 459 manat olub.17.12.2020. tarixdən 07.01.2021.tarixə kimi bülleten vermişəm xəsəliklə baglı. Mənə 119 - 241 - 28 manat ödənilib. qalan 70 manati ödəməyi imina edirlərsə kimə şikayət etməliyəm. xahiş edirəm cavablandırın.
Ruslan 21 Avqust 2021
Salam men yamvar ayinda buletne cxmsam 15 gun ev seratinde mualce almsam karona xesdelynden yanvar aynin 4i senedm teqdm olnb hele bu vaxda kmi menm puımu vermrler men hara muraciet ede blerem
Günel 27 Avqust 2021
Salam mən məzuniyyetde olarkən azyasli usagim karona olub və bülleten açılıb bununla baglı bilmək isteyirdim bu 14gün mənim məzuniyyətimə əlavə olunacaq?
Sona 28 Oktyabr 2021
Əmək məzuniyyətim bitməmiş xəstəlik vərəqinə çıxmışam və xəstəlik vərəqimin bağlanması şənbə gününə düşübşMənim geridə qalan məzuniyyət günüm bazar gündəndavam etməlidir,ya bazar ertəsi günündən?
Mireziz Ehmedov 18 Fevral 2022
Salam men Anamada isleyirem.Mina Temizlemede Dekabrin 5de heyetde is gorerken hamamin ustunden yixilmisam ve ayaqimnan zede almisam.Dekabrin 6dan Yanvar ayinin 31ne kimi Bulleten vermisem xestexanadan alib.Mene 32manat pul kecirdibler.men hara muraciet etmeliyem Xahis edirem cavablandirarsiz.
Fariz 10 Mart 2022
Salam men dovlet muessisesinde iwleyirem.mezuniyyet vaxti elimi zedelemiwem ve covid 19 virusuna yoluxmuwam menim mezuniyyetim xesteliye gore dondurulurmu?
TƏRANƏ 26 Avqust 2022
SALAM. MƏN MÜHASİBƏM. İŞÇİ AVQUST AYI ƏMƏK MƏZUNİYYƏTİNƏ ÇIXMAQ ÜÇÜN İYULUN 19-DA ƏRİZƏ İLƏ MÜRACİƏT EDİB VƏ AVQUSTUN 1-DƏN MƏZUNİYYƏT ƏMRLƏŞDİRİLİB. DAVAMI İLƏ İŞÇİ 27 İYULDA BÜLLETEN AÇDIRIB, AMMA TABELDƏ İŞÇİNİN İYUL AYI ÜÇÜN TAM İŞLƏDİYİ GÖSTƏRİLİR.ƏLAVƏ OLARAQ BİLDİRİM Kİ, BU İŞÇİYƏ ARTIQ 01.08.2022-Cİ İL TARİXDƏN MƏZUNİYYƏT HESABLANIB (İYUL AYININ 25-DƏN) VƏ ÖDƏNİŞƏ GEDİB. BÜLLETEN İSƏ HƏLƏ HESABLANMAYIB. BU HALDA NƏ ETMƏK LAZIMDIR?
Yeganə 31 Avqust 2022
Salam. Mən avqust ayında məzuniyyət vaxtı göz xəstəliyi ilə əlaqədar 15gün bülleten götürmüşəm. Necə hesablanacaq və nə vaxt. Zəhmət olmasa
Heydər 06 Aprel 2023
Salam Əmək məzuniyyətinə çıxan işçi məzuniyyət pulu ödənilib. Məzuniyyətin qutarmağına 8 gün qalmış içşi əmək qabiliyyyətinin olmaması vərərəqsini təqdim edib. Buleten hesablananda 8 günü necə tənzimlənəcək və yaxud əmək məzuniyyətinin 8 günü necə olacaq?
Şərh yazın