Kompensasiya məbləğindən GƏLİR VERGİSİ tutulmasının MİSALLA İZAHI
“Əmək Qanunvericiliyi Toplusu və Şərhlər” Toplusu 2018 kitabından seçmə
Sual: İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləğinə gəlir vergisi necə hesablanmalıdır?
Cavab: Vergi Məcəlləsində işçiyə başa çatmış iş ilinin istifadə olunmamış məzuniyyət günlərinə görə ödənilən kompensasiyadan və işçinin işdən çıxdığı ayın əmək haqqından tutulan gəlir vergiləri fərqləndirilir.
Əgər işçinin istifadə edillməmiş məzuniyyəti bir neçə iş ilini əhatə edirsə, bu zaman gəlir vergisi hər il üçün hesablanan kompensasiya məbləğindən ayrılıqda, işçi ilə son haqq-hesab aparılarkən tam olmayan sonuncu iş ilinin məzuniyyət haqqından isə, onun verildiyi ayın əmək haqqı ilə birlikdə gəlirin ümumi məbləğindən tutulmaqla dövlət büdcəsinə ödənilməlidir.
Tutaq ki, 300 manat əmək haqqı alan işçi 3-cü iş ilinin 9-cu ayı olan aprel ayında işdən azad olunub. Bu zaman gəlir vergisi tutulmaları aşağıdakı istiqamətlər üzrə ayrılıqda aparılmalıdır:
• Aprel ayının əmək haqqı + 3-cü (sonuncu) iş ilinə görə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya;
• 1-ci iş ilinə görə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya;
• 2-ci iş ilinə görə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya.
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.
Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA
15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),
8 MÖVZUDA ŞƏRHLƏR
(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)
Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
1 Komment
Bəhruz 16 Noyabr 2018
Salam. İş illərinə görə istifadə edilməmiş məzuniyyətin kompensasiya məbləğindən gəlir vergisini ayrı-ayrılıqda hesablanması hansı qanun vericiliyin maddəsində yazıldığına dair məlumat verərdiz zəhmət olmasa. Və ölkə üzrə yaşayış minimumunun 1 misli necə nəzərə alınır?
Şərh yazın